Vergi Mühasibatlığı üzrə Ödənişli Təcrübə Proqramı elan olunur

birbank biznes

bəyannaməVakansiya: Vergi Mühasibatlığı üzrə Təcrübə Proqramı

Vakansiya haqqında

İdarə: Maliyyə
Şöbə: Mühasibatlıq
Bölmə: Vergilər
İş qrafiki: Tam ştat (09:00 – 18:00)
İş yeri: Port Baku Cənub Qülləsi
Son müraciət tarixi: 17.02.2019
Müqavilə müddəti: 3 ay
Müqavilənin növü: Ödənişli, əmək müqaviləsi ilə

Sizin əsas vəzifə öhdəlikləriniz

* Vergi növləri üzrə hesabatların doldurulması.
* Hesablanmış və mühasibatlıq proqramına daxil edilmiş vergiyə cəlb olunan məbləğlərin hesablar üzrə müqaisəli təhlilin aparılması.
* İllik mənfəət vergisinin hesablanması üçün bilavasitə və sərbəst məfəətdən çıxılan xərclərin bölgüsünün aparılmasında köməklik göstərmək.
* Vergilər Nazirliyindən daxil olan məktubların cavablandırılmasına köməklik  göstərmək.
* Mühasibatlıq üzrə digət tapşırıqların icrası.

Sizdən tələb olunan təhsil və iş təcrübəsi

* Maliyyə və mühasibat uçotu ilə bağlı ali təhsil (bakalavr)

Sizdən tələb olunan bacarıq və səriştəliklər

* Vergi qanunvericiliyi və mühasibatlıq haqqında ilkin biliklərə sahib olmaq.
* Analitik düşünə bilmək.
* Detallara diqqət yetirmə qabiliyyəti.
* Azərbaycan (səlis), İngilis (yaxşı) dillərini bilmək.
* MS Office Proqramlarını bilmək.

Təcrübə Proqramı üçün Müraciət
CV-nizi    / e-mail ünvanına göndərməyinizi xahiş edirik.
Başlıqda Vergi Mühasibatlığı üzrə Təcrübəçi qeyd olunmayan müraciətlər nəzərə alınmayacaqdır.
Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Print Friendly, PDF & Email

  1. Nihad
    |

    Salam. Bu vakansiyadır, seminardır yoxsa ki, kursdur, nədir belə?