Vergi ödəyiciləri ilə bağlı məlumatlara çıxış asanlaşdı

posted in: Vergi, Xəbər | 0
birbank biznes

idxal,ixrac gömrük rüsumları, xidmət haqqı məbləğləri, əmək müqaviləsi, MDSS,“Dövlət satınalmalarının vahid internet portalı haqqında Əsasnamə”də dəyişiklik edilib. (Vergi ödəyiciləri)

Bununla bağlı Prezident İlham Əliyev fərman imzalayıb.

Fərmanla portalın infrastrukturu texniki-texnoloji və funksional baxımdan əsas komponentləri müəyyənləşib. Qeyd olunub ki, elektron xidmətlər modulu malgöndərənlərin (podratçıların) VÖEN-i, hüquqi ünvanı, təsisçilərin adı, soyadı, atasının adı və ünvanı, qanuni təmsilçisinin adı, soyadı, atasının adı və ünvanı, vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergi ödəyicisinin Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması barədə məlumatların əldə olunmasını təmin edəcək.

Mənbə: report.az



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
Vergi ödəyiciləri
Print Friendly, PDF & Email