Vergi ödəyicilərinin fəaliyyəti mikroiqtisadi səviyyədə araşdırılacaq

posted in: Vergi, Xəbər | 0
birbank biznes

Vergi ödəyicilərinin fəaliyyəti İqtisadiyyatın real sektorunun və vergi ödəyicilərinin fəaliyyətinin mikroiqtisadi səviyyədə araşdırılması aparılacaq.

Vergilər Nazirliyinin İqtisadi Təhlil və Ekspertiza Departamentinin baş direktorunun müavini Elçin Ağakişiyev bildirir ki, vergi sistemində əvvəllər də risklərin təhlili və analitik araşdırmalar mövcud olub: “Lakin bu məlumatların daha dərin səviyyədə araşdırılması və əlaqələndirilməsi, müəssisənin mikroiqtisadi səviyyədə təhlil edilməsii zəruridir. Əsas hədəfimiz vergi sisteminin məlumat bazasını (bunlara dövriyyə göstəriciləri, vergi ödəmələri, anbar ehtiyatları, müəssisənin hansı ticarət markası altında işləməsi və s. aiddir) optimallaşdırmaqla vergi ödəyicilərinin fəaliyyət göstərdiyi ayrı-ayrı iqtisadi fəaliyyət sahələrinin mövcud vəziyyətini tam təhlil etmək imkanlarının əldə edilməsidir. Bu əsasda müəssisələr səviyyəsində mikroiqtisadi göstəricilərin geniş təhlili aparılacaq. Bu təhlillər müəssisələrin vergi ödəmələri sahəsində vəziyyətini tam açıqlığı ilə ortaya qoyacaq.”

Həmçinin bax: Vergilər nazirliyində Kadr dəyişikliyi – Nazirin Müşaviri vəzifəsindən azad edildi

E.Ağakişiyevin sözlərinə görə, dünya ölkələrinin praktikasında müasir mikroiqtisadi təhlil prosesində üçüncü tərəflərin məlumatlarından da istifadə edilir. Məsələn, müəssisənin dövriyyəsi ilə yanaşı, onun istehlak etdiyi enerji və s. göstəricilərdən də istifadə edilə bilər. Belə təhlillər nəticəsində müəssisənin risk profili yaradılacaq, proqnozlaşdırma modelləri müəssisənin inkişafnın daha dəqiq xəritəsini yaradacaq.

Bununla yanaşı, Vergilər Nazirliyi vegi ödəyicilərində mühasibat uçotunun düzgün aparılmasının bərpası və vergi ödəmə mədəniyyətinin təmin edilməsi sahəsində ciddi addımların atılmasını nəzərdə tutur. Sahibkarlıq subyektlərində uçot və hesabatlılığın qaydaya salınması təkcə vergi ödəmələri üçün deyil, ümumilikdə idarəedici qərarlar üçün də vacibdir.

E.Ağakişiyevin sözlərinə görə, Vergilər Nazirliyi vergi ödəyiciləri ilə əməkdaşlığı elə qurmaq niyyətindədir ki, sahibkarlar şəffaf fəaliyyət göstərməyin iqtisadi cəhətdən səmərəli, əlverişli və sərfəli olduğunu başa düşsünlər.

Həmçinin bax: Vergilər Nazirliyinin yeni strukturu fəaliyyətə başladı

Bununla yanaşı, iqtisadiyyat üçün həyati əhəmiyyət daşıyan bir sıra sahələrdəki iqtisadi proseslərin dərindən araşdırılması, bu araşdırmanın nəticələri əsasında vergi orqanlarının həmin sahələrdə iş keyfiyyətinin artırılması nəzərdə tutulur. Bu məqsədlə üç mühüm istiqamət – aksizli mallar, neft-qaz fəaliyyəti iştirakçıları və maliyyə-sənaye qrupları üzrə ayrıca iş aparılacaq.

E.Ağakişiyev bildirir ki, bu sahələrlə işin yenidən qurulması daha geniş təhlil bazasına əsaslanan yanaşmaların tətbiqi ilə əlaqədardır. Aksizli mallar sektoru olduqca böyükdür. Aksizlərin tətbiqi belə malların dövriyyəsini nəzarətdə saxlamaq üçün mühüm vasitədir. Eyni zamanda, bu sahədə təminat zənciri boyunca – istehsalçı və idxalçıdan başlamış topdansatış, distyubütor, pərakəndə satış həlqələrinə qədər malın hərəkətini izləmək, anbar ehtiyatlarını müəyyən etmək və əməliyyatları və ödəmələri nəzarətdə saxlamağa imkan verir.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Neft-qaz şirkətləri ölkə iqtisadiyyatında mühüm paya malikdirlər və onlarla aparılan işlərin daha geniş və dərin geniş təhlili zəruridir.

Nağdsız ödəmələrin inkişaf etdirilməsi üçün isə maliyyə-sənaye qrupları ilə işlərin genişləndirilməsi nəzərdə tutulur. Bu baxımdan, banklar, prosesinq şirkətləri ilə əməkdaşlıq genişləndiriləcək. Nağdsız ödəmələr sahəsində son istifadəçi kartdan istifadəyə həvəsləndirilməlidir. Bu həm dövriyyələrin artması baxımından banklar üçün, həm də leqallaşma baxımından dövlət üçün səmərəlidir. Vergilər Nazirliyi vergidən yayınmaların azaldılması, nağdsız ödəmələrin tətbiqi əhatəsinin genişlənməsi üçün müvafiq addımlar atacaq.

Mənbə: report.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Print Friendly, PDF & Email