Vergi ödəyicisinin fəaliyyətinin dayandırılması qaydası

posted in: Vergi, Xəbər | 0
birbank biznes

Vergi ödəyicisi – fəaliyyətinin dayandırılması qaydası

Turagentlər vergi güzəştləri Vergi nəzarəti artım Yükdaşıma vergi ödəyicisiVergilər Nazirliyi  aktiv vergi ödəyicilərinin öz fəaliyyətlərini dayandırması zamanı həyata keçirilən prosedurlara aydınlıq gətirib
Vergi Məcəlləsinin (VM) 16.3-cü maddəsinə əsasən, vergi ilində vergi ödəyicisi sahibkarlıq fəaliyyətini və ya digər vergi tutulan əməliyyatlarını müvəqqəti dayandırdıqda, həmin fəaliyyətin və ya əməliyyatların dayandırılması günündən gec olmayaraq vergi orqanına Vergilər Nazirliyinin müəyyən etdiyi formada arayış təqdim etməlidir. Arayışda sahibkarlıq fəaliyyətinin və ya digər vergi tutulan əməliyyatların dayandırılmasının müddəti göstərilməlidir.

Vergi orqanında uçota alınmaq üçün vergi ödəyicisi tərəfindən ərizə verilir. (Kommersiya hüquqi şəxsləri, publik hüquqi şəxslər, habelə xarici kommersiya hüquqi şəxsinin nümayəndəlik və filialları istisna olmaqla). Vergi ödəyicisi vergi orqanında uçota alınmaq üçün verdiyi ərizə formasında olan məlumatlarda hər hansı dəyişiklik baş verdikdə, dəyişiklik baş verən gündən 40 gün müddətində vergi orqanına məlumat verməlidir. (VM, maddə 34.1-ci və 34.3).

Bundan əlavə, vergi ödəyicilərinin uçot məlumatlarında dəyişikliklər onların Vergilər Nazirliyi tərəfindən təsdiq olunmuş forma üzrə təqdim etdikləri ərizə əsasında aparılır. Vergi nəzarəti tədbiri zamanı vergi ödəyicisinin uçot məlumatlarından fərqli məlumatlar əldə olunarsa, bu barədə vergi ödəyicisinə bildiriş göndərilir. Bildiriş göndərildikdən 5 iş günü müddətində vergi ödəyicisi dəyişikliklərə dair ərizə təqdim etməzsə, uçot məlumatlarında dəyişikliklər vergi orqanı tərəfindən aparılır. Bu barədə 3 iş günü müddətində vergi ödəyicisinə məlumat verilir. (VM, maddə 34.7.2).

Göründüyü kimi, vergi ödəyicisi sahibkarlıq fəaliyyətini və ya digər vergi tutulan əməliyyatlarını müvəqqəti dayandırdıqda Vergi Məcəlləsinin 34.3-cü və 34.7.2-ci maddələri ilə deyil, məhz 16.3-cü maddə ilə müəyyən edilən vəzifənin icra edilməsi məsələsi meydana çıxır. Başqa sözlə, Vergi Məcəlləsinin 34.3-cü və 34.7.2-ci maddələrində müəyyən edilən vəzifənin icrası vergi ödəyicisinin uçota alınmaq üçün verdiyi ərizə formasında olan məlumatlarda hər hansı dəyişikliyin baş verməsi ilə yaranır. Onu da qeyd edək ki, vergi ödəyicisinin uçota alınmaq üçün verdiyi ərizə formasında onun “aktiv” və ya “passiv” olmasına dair hər hansı məlumat nəzərdə tutulmur.

Vergi Məcəlləsində vergi orqanının öz təşəbbüsü ilə vergi ödəyicisinin fəaliyyətini dayandırmaq hüququnun olmadığını nəzərə alaraq, vergi ödəyicisinin müraciəti olmadan onun fəaliyyətinin birtərəfli dayandırılması yolverilməzdir. Belə hallara yol verilməklə Vergi Məcəlləsinin tələblərini pozan vergi orqanının vəzifəli şəxsləri barəsində ciddi intizam tənbehi tətbiq ediləcək.

Yerli vergi orqanlarına Vergi Məcəlləsinin 34.7.2-ci maddəsinin tətbiqi zamanı vergi ödəyicilərinin uçotu (o cümlədən uçot vahidlərinin (obyekt, NKA və s.) uçotu) ərizəsindəki məlumatlar istisna olmaqla, vergi ödəyicilərinin digər baza məlumatlarında vergi orqanının öz təşəbbüsü ilə hər hansı düzəlişlərin edilməməsi, hesabatlarını vaxtında təqdim etməyən vergi ödəyiciləri ilə sistemli və səmərəli işin qurulması tapşırılıb.

Mənbə: vergiler.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Print Friendly, PDF & Email