Vergi ödəyicisinin əlavə dəyər vergisinin məqsədləri üçün qeydiyyata alınması

posted in: Vergi, Xəbər | 0
birbank biznes

ƏDV MDSS İşsizlik hesabat vergiler naziri Vergilər naziri vergiler kameral vergi hesabat bəyannamə ödənilməli vergilər İstifadəçi kodu parol fiziki şəxs Vergi müvəkkilləri Hüquqi şəxs sosial daxilolmalar Asan İmza vergi daxilolmaları aksizli mallarXidmətin adı: Vergi ödəyicisinin ƏDV məqsədləri üçün qeydiyyata alınması (EDV)

Xidmətin göstərilməsi üçün tələb olunanlar: 

  • “Vergi ödəyicisinin ƏDV məqsədləri üçün qeydiyyata alınması haqqında ərizə”

Xidmətin göstərilməsinə əsas verən normativ sənədlər: 

  • VM-nin 157-ci maddəsi
  • Vergilər nazirinin 06.03.2013-cü il tarixli 1317040100206300 nömrəli əmri ilə təsdiq edilmiş “Vergi orqanlarında vergi ödəyicilərinin uçotunun aparılmasına dair Qaydalar”

Xidmətin göstərildiyi yer:

ərazi prinsipi nəzərə alınmaqla vergi ödəyicilərinə  xidmət mərkəzləri (BŞLGD-nin inzibati binasında yerləşən xidmət mərkəzində yalnız BŞLGD-nin vergi ödəyiciləri üçün) (ilkin qeydiyyat zamanı: Naxçıvan MR VN-nin Kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı şöbəsi, MGD-nin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi, ƏVD və ƏVİ-nin inzibati binalarında yerləşən vergi ödəyicilərinə xidmət mərkəzləri), Naxçıvan MR VN-nin struktur bölmələrinin Bəyannamələrin yoxlanılması və uçotun təşkili bölmələri,  MGD-nin Koordinasiya şöbəsi və Vergi ödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu idarəsinin Vergi ödəyicilərinə xidmət şöbəsi, Şuşa və Zəngilan RVŞ-nin Vergi ödəyicilərinə xidmət və uçotun təşkili bölmələri, ünvanlı xidmət.

Müraciəti emal edən struktur vahidi:

ərazi prinsipi nəzərə alınmaqla Naxçıvan MR VNnin struktur bölmələrinin Bəyannamələrin yoxlanılması və uçotun təşkili bölmələri, Naxçıvan MR VNnin Kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı şöbəsi (ikin qeydiyyat zamanı) MGD-nin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi (ilkin qeydiyyat zamanı), MGD-nin və BŞLGD-nin Vergi ödəyicilərinin uçotu şöbələri, BŞKSİD-nin Vergi ödəyicilərinin uçotu idarəsi, ƏVD-nin və ƏVİ-nin Vergi ödəyicilərinin dövlət qeydiyyatı və uçot şöbələri, Şuşa və Zəngilan RVŞ-nin Vergi ödəyicilərinə xidmət və uçotun təşkili bölmələr

İcra müddəti:

ərizə daxil olduğu gündən sonra 5 iş günü

Xidmətin nəticəsində təqdim edilən sənədlər:

– Əlavə dəyər vergisi ödəyicisinin qeydiyyat bildirişi (elektron kabinetə göndərilir)

(Vergi ödəyicisi vergi ödəyicilərinə xidmət mərkəzinə müraciət etməklə “Əsli ilə düzdür” möhürü vurulmuş surəti əldə edə bilər)

Elektronlaşdırma səviyyəsi:

Tam elektronlaşıb

Mənbə: taxes.gov.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
ƏDV EDV
Print Friendly, PDF & Email