Vergi ödəyicisinin “qara bazar”la bağlı sualı

posted in: Vergi, Xəbər | 1
birbank biznes

qara bazar

Sual: Mən sadələşdirilmiş vergi ödəyicisiyəm. Xahiş edirəm mənə izah edin, mən malları e-qaimə fakturasıyla vergi ödəyicilərinə, kassa mədaxil orderi və yaxud kassa çeki ilə fiziki şəxlərə satıram və bunun əsasında ümumi satışın 4% -ni vergiyə ödəyirəm. Satdığım məhsulları qara bazardan alıram, onların sənədləşdirilməsini mən necə apara bilərəm?

Cavab: Bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin təsdiq etdiyi pərakəndə ticarət və topdansatış ticarət fəaliyyəti sahələrində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması qaydalarına əsasən vergi ödəyicisi malları vergi orqanında uçotda olmayan şəxslərdən aldıqda “Malların alış aktı” tərtib edilir və belə malların anbara təhvil verilməsi “Malların təhvil-qəbul aktı” ilə sənədləşdirilir. “Malların alış aktı”nda satıcının şəxsiyyətini təsdiq edən sənədin məlumatlarının (FİN, seriyası və nömrəsi) göstərilməsi mütləqdir.

“Malların alış aktı”nın forması (MAA-1) isə Maliyyə Nazirliyinin Kollegiyasının 30.06.2017-ci il tarixli Q-08 nömrəli qərarı ilə təsdiq edilmişdir (http://www.e-qanun.az/framework/36018).

Bununla belə, malların təqdim edilməsi sahibkarlıq fəaliyyəti sayılmaqla həmin malları (vergidən azad edilən mallar istisna olmaqla, məsələn kənd təsərrüfatı məhsulları) təqdim edən şəxs üçün vergi öhdəliyinin yaranmasına səbəb olur.

Bu baxımdan da malların dəyərini ödəyən vergi ödəyicisi tərəfindən ödənilmiş məbləğlər və ödənişi alan şəxs haqqında alış aktında qeyd olunmalı məlumatlar vergi orqanına təqdim edilməlidirlər.

Bax: Vergi Məcəlləsinin 73-cü və 130-1-ci maddələri, Azərbaycan Respublikası Prezidentinin 19 aprel 2017-ci il tarixli 1341 nömrəli və 16 iyun 2017-ci il 1460 nömrəli Fərmanları ilə təsdiq olunmuş “Pərakəndə ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası” və “Topdansatış ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası”.

Mənbə: taxes.gov.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Print Friendly, PDF & Email

  1. Nicat Hüseynov
    |

    Mən sadələşdirilmiş vergi ödəyicisiyəm və aldıqım malları VÖEN i olmayan vətəndaşlardan ( yəni qara bazardan) alıram. Mən sənədləşdirmələrimi alış aktı ilə həyata keçirsəm, malları aldığım şəxs vergi ödəyicisi olmadığından mən alış aktı ilə aldıqım mallara görə vergiyə cəlb olunurammı cəlb olunuramsa bu hansı vergidir və hasnı faiz dərəcəsi ilədir xahiş edirəm sualımı cavablandırasız.