Vergi orqanları tərəfindən işçi sayı və əmək haqlar barədə məlumatların dəqiqləşdirilməsi

posted in: Vergi, Xəbər | 0
birbank biznes

Vergi ödəyicisinin işçi sayı və hesablanmış əmək haqqı ilə bağlı vergi orqanına təqdim etdiyi ƏDV, sadələşdirilmiş vergi və Muzdlu işlə ələqədar ödəmə mənbəyində tutulan vergi bəyannamələrində kameral vergi yoxlanması zamanı kənarlaşmalar aşkar edildikdə vergi ödəyicilərinə uyğunsuzluq məktubları göndərilir. Bu uyğunsuzluqlar əsasən aşağıdakı hallar üzrə yaranır:

  • “ƏDV, Sadələşdirilmiş verginin və Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi bəyannaməsi”nin “Muzdlu işlə əlaqədar vergi” bölməsində göstərilmiş “işçi sayı” və “gəlirin məbləği” Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “bildiriş” bazasında qeyd edilmiş “işçi sayından və gəlir məbləğindən” az göstərildikdə.
  • “Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi bəyannaməsi”nin “Ay təsnifatı” bölməsində göstərilən “işçi sayı” rəsmiləşdirilmiş son operativ vergi nəzarəti tədbiri nəticəsində müəyyənləşdirilən “işçi sayı”ndan az göstərildikdə.
  • “Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi bəyannaməsi”nin “2 nömrəli Əlavəsi”ndə aylar üzrə göstərilmiş işçilərin sayı “Sadələşmiş verginin bəyannaməsi”nin “Muzdlu işlə əlaqədar vergi” bölməsində aylar üzrə göstərilmiş işçilərin sayından fərqli göstərildikdə.
  • “ƏDV və Sadələşdirilmiş verginin bəyannaməsi”nin “Muzdlu işlə əlaqədar vergi” bölməsində göstərilmiş “işçilərin sayı və gəlirin məbləği” müvafiq il üçün təqdim edilmiş illik Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi bəyannaməsinin “2 nömrəli Əlavəsi”ndə aylar üzrə qeyd edilmiş işçilərin sayından və gəlirin məbləğindən fərqli göstərildikdə.
  • “Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi bəyannaməsi”nin “Muzdlu işlə əlaqədar hesablanmış gəlirin ümumi məbləği” sətrindəki məbləğ ilə həmin bəyannamənin “Hesabat dövrünün 1-ci, 2-ci və 3-cü aylarında muzdlu işlə əlaqədar hesablanmış gəlirin məbləği” sətirlərindəki cəmi məbləğə bərabər olmadıqda.
  • İl üçün təqdim edilmiş “Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi bəyannaməsi”nin “2 nömrəli Əlavəsi”ndə hesabat dövrünün aylarında muzdlu işlə əlaqədar gəlir məbləği olmasına baxmayaraq, həmin ilin Rübü üzrə “Sadələşmiş verginin bəyannaməsi”nin “Muzdlu işlə əlaqədar vergi” bölməsində hesabat dövrünün aylarında muzdlu işlə əlaqədar gəlir məbləği göstərilmədikdə.
  • Hesabat dövrü ərzində müvafiq orqandan əcnəbi və vətəndaşlığı olmayan şəxs (şəxslər) üçün iş icazəsi alınmasına baxmayaraq təqdim edilmiş “ƏDV, Sadələşdirilmiş verginin və Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi bəyannaməsi”nin “Muzdlu işlə əlaqədar vergi” və “Ay təsnifatı” bölməsində xarici fiziki şəxslər üzrə işçi sayı göstərilmədikdə.
  • Hesabat dövrü ərzində avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və yük daşımalarına görə “Fərqlənmə nişanı” əldə edilməsinə baxmayaraq təqdim edilmiş “ƏDV, Sadələşdirilmiş verginin və Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi bəyannaməsi”nin “Muzdlu işlə əlaqədar vergi” bölməsində göstərilmiş işçi sayı az göstərildikdə.
  • “Aksiz vergisi bəyannaməsi”ndə və “Mədən vergisinin bəyannaməsi”ndə aylar üzrə gəlir göstərilməsinə baxmayaraq, həmin dövrlər üzrə təqdim edilmiş “Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi bəyannaməsi”ndə işçilərə əmək haqqı hesablanmadığı göstərildikdə.

Qeyd edilən uyğunsuzluqlar aradan qaldırılmaqla müvafiq dövrlər üzrə vergi ödəyicisi tərəfindən vergi orqanına dəqiqləşdirilmiş bəyannamə və zəruri olduğu təqdirdə bu kənarlaşmanın yaranması səbəbini göstərən izahlı məktub təqdim edilməlidir. Həmin uyğunsuzluqların aradan qaldırılması ilə bağlı suallar yarandıqda Vergilər Nazirliyinin 195 – 1 Çağrı Mərkəzinə və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edilə bilər.

Vergi ödəyicisinə göndərilmiş uyğunsuzluq məktublarında qeyd edilən sənədlər göstərilən müddətədək təqdim edilmədiyi halda vergi orqanı tərəfindən vergi ödəyicisinin vergi öhdəlikləri yenidən hesablanır.

Mənbə: taxes.gov.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Print Friendly, PDF & Email