Vergi orqanları işçilərinin yeni aylıq vəzifə maaşları təsdiqlənib

posted in: Vergi, Xəbər | 0
birbank biznes

AZƏRBAYCAN RESPUBLİKASININ
NAZİRLƏR KABİNETİ
Q Ə R A R
№ 124
Bakı şəhəri, 30 mart 2018-ci il
Azərbaycan Respublikasının vergi orqanları işçilərinin
aylıq vəzifə maaşları və “Azərbaycan Respublikasının
vergi orqanları işçilərinin aylıq vəzifə maaşları haqqında”
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il
4 fevral tarixli 32 nömrəli qərarında dəyişiklik,edilməsi
haqqında

“Dövlət qulluqçularının aylıq vəzifə maaşının müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 13 mart tarixli 3787 nömrəli Sərəncamının 4.4-cü bəndinə əsasən Azərbaycan Respublikası Nazirlər Kabineti QƏRARA ALIR:

1. Azərbaycan Respublikasının vergi orqanları işçilərinin aylıq vəzifə maaşları Azərbaycan Respublikasında dövlət qulluqçularının aylıq vəzifə maaşlarının məbləğlərinə müvafiq qaydada bu qərarın 1-3 nömrəli əlavələrinə uyğun olaraq təsdiq edilsin.

2. Azərbaycan Respublikası Vergilər Nazirliyinin Tədris Mərkəzinin işçilərinin aylıq vəzifə maaşlarının məbləğləri bu qərarın 4 nömrəli əlavəsinə uyğun olaraq təsdiq edilsin.

3. Bu qərarın 1-4 nömrəli əlavələrində nəzərdə tutulmayan vəzifələr üzrə maaşlar Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə razılaşdırılmaqla, Azərbaycan Respublikasının Vergilər Nazirliyi tərəfindən təsdiq edilir.

4. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi vergi orqanları işçilərinin vəzifə maaşlarının artırılması ilə bağlı tələb olunan xərclərin maliyyələşdirilməsi üçün müvafiq tədbirlər görsün.

5. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti Naxçıvan Muxtar Respublikasının ərazisində fəaliyyət göstərən vergi orqanları işçilərinin vəzifə maaşları ilə bağlı müvafiq qərar qəbul etsin.

6. “Azərbaycan Respublikasının vergi orqanları işçilərinin aylıq vəzifə maaşları haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 4 fevral tarixli 32 nömrəli qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 2, maddə 187; 2017, № 3, maddə 477) 1-5-ci hissələri ləğv edilsin.

7. Bu qərar 2018-ci il martın 1-dən qüvvəyə minir.

Azərbaycan Respublikasının
Baş naziri                                             Artur Rasi-zadə

Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2018-ci il 30 mart
tarixli 124 nömrəli qərarı ilə
təsdiq edilmişdir.

1 nömrəli əlavə

Azərbaycan Respublikası Vergilər Nazirliyinin
Aparatının işçilərinin aylıq vəzifə maaşları

 

Sıra

№-si

 

Vəzifələrin adı

Aylıq vəzifə maaşı (manatla)
1. Aparatın rəhbəri 1111
2. Aparatın rəhbərinin müavini 1034
3. Departamentin baş direktoru, təminedici idarənin və şöbənin (mərkəzin) direktoru 979
4. Departamentin baş direktorunun, təminedici idarənin və şöbənin (mərkəzin) direktorunun birinci müavini 847
5. Departamentin baş direktorunun, təminedici idarənin

və şöbənin (mərkəzin) direktorunun müavini, yardımçı idarənin və şöbənin (mərkəzin) direktoru

836
6. Departamentin, təminedici idarənin tərkibində olan

idarənin direktoru, şöbənin rəhbəri

825
7. Nazirin müşaviri, nazirin köməkçisi 803
8. Departamentin, təminedici idarənin tərkibində olan idarənin direktorunun və şöbənin rəhbərinin müavini,

yardımçı idarə və şöbənin (mərkəzin) direktorunun müavini

781
9. Baş mühasib, bölmə direktoru (rəhbəri), yardımçı idarənin tərkibində olan şöbənin rəhbəri, departamentin tərkibində olan idarənin tərkibindəki şöbənin rəhbəri 682
10. Baş dövlət vergi müfəttişi, baş mütəxəssis, baş

təhqiqatçı, baş əməliyyat müvəkkili, baş iqtisadçı, baş hüquqşünas, mətbuat katibi

594
11. Böyük dövlət vergi müfəttişi, böyük mütəxəssis, böyük təhqiqatçı, böyük əməliyyat müvəkkili, böyük hüquqşünas, böyük mühasib, böyük iqtisadçı 583
12. Aparıcı mütəxəssis, aparıcı iqtisadçı 572
13. Dövlət vergi müfəttişi, mütəxəssis, mexanik, təhqiqatçı, əməliyyat müvəkkili, iqtisadçı, hüquqşünas, mühasib 561

 

Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında olan vergi orqanları işçilərinin aylıq vəzifə maaşları

 

Sıra

№-si

 

Vəzifələrin adı

Aylıq vəzifə maaşı (manatla)
1. Orqanın baş direktoru 605
2. Orqanın baş direktorunun birinci müavini 484
3. Orqanın baş direktorunun müavini 462
4. İdarənin direktoru (rəisi), şöbənin rəhbəri (rəisi) 385
5. İdarə direktorunun (rəisinin), şöbə rəhbərinin (rəisinin) müavini 363
6. Bölmə rəhbəri (rəisi), baş mühasib, idarənin

tərkibində olan şöbənin rəhbəri (rəisi)

358
7. Baş dövlət vergi müfəttişi, baş iqtisadçı, baş

mütəxəssis, baş təhqiqatçı, baş hüquqşünas, baş əməliyyat müvəkkili, baş müvəkkil, baş kriminalist, xüsusilə mühüm işlər üzrə böyük müstəntiq,

idarənin tərkibində olan şöbə rəhbərinin (rəisinin) müavini

352
8. Böyük dövlət vergi müfəttişi, böyük iqtisadçı, böyük müstəntiq, böyük hüquqşünas, aparıcı mütəxəssis, böyük təhqiqatçı, böyük əməliyyat müvəkkili, böyük

müvəkkil, böyük kriminalist, xüsusilə mühüm işlər üzrə müstəntiq

347
9. Dövlət vergi müfəttişi, iqtisadçı, təhqiqatçı, hüquqşünas, müstəntiq, əməliyyat müvəkkili, müvəkkil, mütəxəssis, müstəntiq-metodist,

kriminalist

341

 

Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2018-ci il 30 mart
tarixli 124 nömrəli qərarı ilə
təsdiq edilmişdir.

2 nömrəli əlavə

Azərbaycan Respublikası Vergilər Nazirliyinin yerli
vergi orqanları işçilərinin aylıq vəzifə maaşları

 

Sıra

№-si

 

Vəzifələrin adı

 

Bakı şəhəri üzrə

Gəncə və Sumqayıt şəhərləri üzrə Ərazi vergi

departamentləri, idarələri və

filialları üzrə

Şəhər və rayon şöbələri

üzrə (manatla)

1 2 3 4 5 6
1. Vergi orqanının baş

direktoru (direktoru)

594 583 572 550
2. Vergi orqanının baş direktorunun (direktorunun) birinci

müavini

473 462 451 429
3. Vergi orqanının baş direktorunun (direktorunun) müavini 440 429 418 396
4. Vergi orqanının tərkibində idarənin direktoru, şöbənin

rəhbəri

380 374 369 358
5. Vergi orqanının tərkibində idarənin

direktorunun, şöbənin rəhbərinin müavini

358 352 347 336

 

6. Vergi orqanının

tərkibindəki idarənin

tabeliyində olan şöbənin, bölmənin rəhbəri, baş

mühasib

352 347 341 330
7. Baş

mütəxəssis, baş dövlət vergi

müfəttişi, baş təhqiqatçı, baş hüquqşünas, vergi orqanının

tərkibindəki idarənin

tabeliyində olan şöbə rəhbərinin

müavini

347 341 336 325
8. Böyük dövlət vergi

müfəttişi, aparıcı

mütəxəssis, böyük

mütəxəssis, böyük mühasib, böyük

təhqiqatçı,

böyük hüquqşünas

341 336 330 319
9. Dövlət vergi müfəttişi, mütəxəssis, təhqiqatçı,

hüquqşünas, mühasib

336 330 325 314

 

Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2018-ci il 30 mart
tarixli 124 nömrəli qərarı ilə
təsdiq edilmişdir.

3 nömrəli əlavə

Vergi orqanlarının xidməti heyətinin vəzifə maaşları

Sıra

№- si

 

Vəzifələrin adı

Aylıq vəzifə maaşı (manatla)
1. Arxiv müdiri, sürücü 242
2. İnspektor (müfəttiş), təsərrüfat və anbar

müdiri, operator, katibə-teleqrafçı, dispetçer, komendant, texnik, rabitəçi

231
3. Kargüzar, arxivçi, ekspeditor, katibə-

makinaçı, katib (katibə)

226
4. Kuryer 220
5. Xidməti otaqları yığışdıran, yardımçı fəhlə, gözətçi, bağban, ocaqçı və digər xidmət heyəti 171

 

Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2018-ci il 30 mart
tarixli 124 nömrəli qərarı ilə
təsdiq edilmişdir.

4 nömrəli əlavə

Azərbaycan Respublikası Vergilər Nazirliyinin
Tədris Mərkəzinin işçilərinin aylıq vəzifə maaşları

Sıra

№-si

Vəzifələrin adı Aylıq vəzifə

maaşı (manatla)

1. Tədris Mərkəzinin rəisi 979
2. Tədris Mərkəzi rəisinin 1-ci müavini 847
3. Tədris Mərkəzi rəisinin müavini 836
4. Kafedra müdiri, şöbə rəisi 825
5. Bölmə rəisi, baş mühasib 682
6. Dosent, baş elmi işçi, baş müəllim, baş iqtisadçı, baş mütəxəssis 594
7. Elmi işçi, aparıcı mütəxəssis 572
8. Müəllim, mütəxəssis 561
9. Xəzinədar 231

 

Mənbə: cabmin.gov.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Print Friendly, PDF & Email