» » » Vergi orqanlarına müraciətlərin 75 faizi müsbət həll olunub

Vergi orqanlarına müraciətlərin 75 faizi müsbət həll olunub

posted in: Vergi, Xəbər | 0

Vergi orqanları2018-ci ilin may ayı ərzində vergi orqanlarına 8288 müraciət daxil olub. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 918 müraciət və ya 10 faiz azdır.

Vergilər Nazirliyinin Media və Kommunikasiya Mərkəzindən bildirilib ki, müraciətlərin 92,5 faizi ərizə, 7,2 faizi şikayət, 0,2 faizi isə təklifdir.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Həmin dövr ərzində vergi orqanlarına daxil olan müraciətlərin 37,8 faizi kameral vergi yoxlamaları, 30,9 faizi müxtəlif arayışların alınması, 10,6 faizi vergi borcları, 3,4 faizi vergidən yayınma, qanunsuz sahibkarlıq fəaliyyəti, nağd hesablaşmaların aparılması qaydalarının pozulması, 2,0 faizi vergi qanunvericiliyinin tətbiqi, qalanları isə digər məsələlərlə bağlı olub. Bütün müraciətlərə vaxtında baxılıb, 75 faizi müsbət həll olunub.

Ay ərzində Vergilər Nazirliyinin aparatı, bölgələrdə fəaliyyət göstərən yerli vergi orqanları və vergiödəyicilərinə xidmət mərkəzləri də daxil olmaqla, vergi orqanlarının müxtəlif səviyyədə rəhbər vəzifəli şəxsləri və vergi əməkdaşları tərəfindən ümumilikdə 492 vətəndaş qəbul edilib. Hər bir vətəndaşın müraciətinə fərdi qaydada yanaşılıb, onların qanuni tələblərinin müsbət həll olunması üçün lazımi tədbirlər görülüb və müvafiq izahatlar verilib.

Mənbə: azertag.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *