Vergi sahəsində gözlənilən yeniliklər

posted in: Vergi, Xəbər | 0
birbank biznes

Vergi sahəsində yeniliklər gözlənilir.

Azərbaycanda ƏDV-nin və əmək haqqından verginin dəyişəcəyi gözlənilir.

Bu barədə vergilər naziri Mikayıl Cabbarov sahibkarlarla görüşündə bildirib. Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) təşkilatçılığı ilə keçirilən və digər sahibkar təşkilatlarının da qatıldığı görüşdə ASK rəhbəri Məmməd Musayev,  «Amcham» rəhbəri Nuran Kərimov, Banklar və sığortçılar assosiasiyalarının rəhbərləri, ayrı- ayrı sahibkarlar çıxış ediblər. İlk çıxış edənlərdən olan «Azərsun» prezidenti Abdulbarı Gozal şirkətinin fəaliyəti və qarşılaşdığı problemləri açıqlayıb.

Görüşdə «Veysəloğlu» şirkətinin biznesə dəstək üzrə baş direktoru İlqar Nuri,  Milli Mühasiblər forumunun təşkilatçısı Ruslan Atakişiyev, Turizm sektorunun təmsilçisi Ruslan Quliyev, Qiymətli Kağızlar Assosiasiyasının rəhbəri Ceyhun İbrahimov, «Mətanət A» şirkətinin rəhbəri Elxan Bəşirov və digərləri çıxış edib.

Mikayıl Cabbarov çıxışları dinlədikdən sonra qaldırılan məsələlərə münasibət bildirərək gözlənilən vergi islahatının əsas məqamlarını açıqlayıb. Xatırladaq ki, görüşdə sadələşdirilimşi verginin dövriyyə limitinn 200 min manatdan 500 min manata qaldırılması təklif edilmişdi. Nazir bu təklifə birbaşa cavab verməsə də bildirib ki, nazirlik bu məsələni araşdırıb. Araşdırma nəticəsində məlum olub ki, hazırda ölkədə bu verginin 180 mindən artıq ödəciyicisi var. Amma bunların 95%-dən çoxunun dövriyyəsi 100 minə də çatmır, cəmi 2-3%-nin illik dövriyyəsi  100 min keçir.

Əvəzində sahibkarlara elan edilib ki, yaxın vaxtarda ƏDV ilə bağlı dəyişikliklərin olması gözlənilir. Qeyd edək ki, bu sahədə gözlənilən əsas  dəyişiklik ƏDV-nin diferensiallaşdırılması, yəni ayrı-ayrı subyektlər və ya sahələr üzrə fərqli dərəcənin tətbiqidir.

Dəyişiklik gözlənilən digər sahə əmək haqqından tutulan vergi ilə bağlı olacaq. Tədbirdə bu verginin yüksək olduğu bir neçə dəfə vurğulanıb. Müzakirələrdə əsas mövzulardan biri vergi orqanları və sahibkarlar arasında əminliyin və etibarın artırılması olub. Digər tərəfdən ayrı-ayrı sahələrlə bağlı təşviqat işlərinə də güzəştlərin tətbiqi müzakirə edilib.

Vergilər Nazirliyinin rəhbərliyi elan edib ki, nazirlik sahibkarlarla əməkdaşlığa hazırdır, bir şərtlə ki, qarşı tərəf şəffaf fəaliyyət göstərsin və buna hazır olsun: «kim şəffaflığı artırmağa hazırdırsa onlarla əməkdaşlıq ediləcək»

Bundan başqa, elan edilib ki, iqtisadiyyatın müxtəlif sahələri üzrə ayrıca danışıqlar aparıla və müəyyən razılıqlar (məsələn vergi güzəştləri və ya vergi tətilləri ilə bağlı ) əldə oluna bilər.

Görüşdə nazir elan edib ki, hökumət vergi islahatları baxımından 2018-ci ilə keçid ili kimi baxır. Toplantıda bildirilib ki, böyük və orta şirkətlər, eləcə də holdinqlər keçid prosesinin iştirakçısı olsalar, onların rəqabət qabiliyətini artırmaq üçün (vergi güzəştləri) müzakirə edilə bilər.

Mənbə: fed.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Print Friendly, PDF & Email