Vergi sistemlərinin inkişaf tarixindən 27 dərs (IV hissə)

posted in: Xəbər | 0
birbank biznes

Vergi sistemləri – inkişaf tarixi (IV hissə)

III hissəni oxumaq üçün keçidə daxil olun.

Böyük imperiyaların vergilərlə özlərini məhv etdiyi tezisi getdikcə daha çox təsdiqini  tapır. Vergilər çox vaxt böyük sosial partlayışlara  gətirib çıxaran bir qığılcım idi. Alimlərdən birinin rəyinə görə, Mayya sivilizasiyasının çöküşü, sakinlərinin vergilər üzündən cəngəlliklərə  qaçmasıdan  sonra başlanmışdı. Gəlin baxaq görək, vergitutmanın çoxəsrlik tarixi bizə hansı dərslər verir.

Budur, vergi sistemləri və sivilizasiyaların inkişafı tarixindən əsas dərslər:
  1. Yüksək vergilər vətənpərvərliyə ağır zərbə vurur. Yüksək vergi dərəcələri, vergi bazasının qiymətləndirilməsi və onların toplanması yolu vətənpərvərliyin müsbət ictimai təsirini sarsıdır.
  2. Tarixən vergilər üzrə dizayn-meykerlərin yaradılması, İsveçrə pendirinə (pendirin kiçik deşiklərdən ibarət olması nəzərdə tutulur) oxşayırdı. Vergi sistemini çoxlu boşluqlar bəzəyirdi. Yəni, vergilərdən leqal yollarla yayınmaq imkanları yaranırdı. Vergi qanunvericiliyində çoxsaylı güzəştlərin olması vergi ödəyicilərinin şüurunu İsveçrə pendirinə çevirir.
  3. Vergi ödəyiciləri arasında ədalətli və qərəzsiz bölüşdürülməmiş vergilər mənəvi öhdəliklərin bütün qüvvəsini itirir.
  4. “Vergilər – bu, bir növ sivil cəmiyyət üçün ödənişdir”. Bununla yanaşı, vergitutma sisteminin mexanizmləri və məzmunu, vergi ödəyicilərinin vəsaitlərinin xərclənməsi üsulu cəmiyyətimizin xeyirxah və ya qüsurlu olub-olmadığını müəyyən edir.
  5. Azadlıq öz məhvinə toxum səpməyə meyllidir: azad insanlar hökumətə böyük vergi səlahiyyətləri verməyə meyllidirlər. Onlar dərk etmirlər ki, bu səlahiyyətlərdən sui-istifadə etmək azadlığı, hakimiyyəti müdafiə etmək və qorumaq azadlığını məhv edir.
  6. Müharibə qaçılmaz olaraq yüksək xərclərə səbəb olur. Böyük xərclər – bu, yüksək vergilərdir. Yüksək vergilər ticarəti əngəlləyir və iqtisadi durğunluğa və tənəzzülə səbəb olur.

Təəssüf ki, əksər Qərb ölkələri bu dərslərə məhəl qoymurlar. 1980-ci illərin kiçik vergi zəifləmələri 1990-cı illərdə vergi yükünün artması ilə əvəzləndi. Avropa ölkələri özlərini vaxtilə imperiya İspaniyasının vətəndaşları kimi aparırlar. Onlar 400 il ərzində vergiləri azaltmaq istəyirdilər. Lakin hökuməti dəyişdirə bilmirdilər.

Bir çox vergi islahatları öz diqqətini yalnız bu və ya digər vergilərin dərəcələri üzərində cəmləşdirir. Bu, çox səthi yanaşmadır. Vergi yığımının xərclərini, vergi şpionomaniyasının göstərdiyi təsiri də nəzərə almaq lazımdır. Vergi tariflərinin özü deyil, vergi bazasının qiymətləndirilməsi mexanizmləri və vergi toplanması bir çox sivilizasiyalar üzərində dövlətlə vətəndaşlar arasında mübarizə mövzusu olmuşdur.

Çarlz Adams xüsusilə Qərb və ABŞ-ın vergi sistemləri dinamikası ilə bağlı ciddi narahatlıq ifadə edir. Dövlət kredit kartı sistemi və sosial sığorta kartlarının nömrələri vasitəsilə vətəndaş haqqında hər şeyi öyrənə bilər. Biz öz inkişafımızda vətəndaşların qədim Roma dövrünün sonunda olduğu kimi, təhkimli vergi ödəyicilərinə çevriləcəyi mərhələyə qədəm qoyacağıq? Hüquqi və vergi sisteminin bu günkü inkişafı, izləmə-müşahidə üçün müxtəlif növ cihazların mövcudluğu bu ehtimalı istisna etmir. Biz bir daha yeni təhkimçilik quruluşunun qandallarına məruz qala bilərik. Hansı ki, bunu vergi kollektorları yerinə yetirəcəklər. Əgər bu baş verərsə, onda demokratlar və diktaturalar arasında mübarizə yeni mərhələyə qədəm qoyacaq. Seçim azadlıq və köləlik arasında deyil, bürokratik köləliyin müxtəlif formaları arasında olacaq.

Bu bədbin ssenarinin özünü doğrultmaması üçün biz maarifçilik dövrünün fəlsəfəsinə, kiçik, məsuliyyətli dövlətin ideyalarına qayıtmalıyıq. Qədim Misirdən müasir Amerika sisteminə qədər bütün məşhur sivilizasiyaların çiçəklənməsini təmin edən məhz onlar olmuşdur.


III hissəni oxumaq üçün keçidə daxil olun


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Print Friendly, PDF & Email