Vergi tarixinin xronologiyası (2-ci hissə)

posted in: Vergi, Xəbər | 0

Vergi tarixi və onun xronologiyası

2-ci hissə (1-ci hissəni oxumaq üçün keçidə daxil olun)

Böyük Britaniya

İngiltərədə ilk vergi Roma işğalı zamanı tətbiq olunmuşdu.

Ledi Godiva

Ledi Godiva 11-ci əsrdə İngiltərədə yaşayan anqlo-sakson mənşəli qadın olub. Əfsanəyə görə onun əri Mersiya qrafı Leofrik, Koventri sakinlərindən tutulan yüksək vergiləri aşağı salacağını vəd etmişdi. Vədinə əməl etmədiyinə görə etiraz əlaməti olaraq ledi Godiva lüt şəkildə at üstündə şəhərə çıxmışdı və yalnız bundan sonra qraf vergi yükünü aşağı salmışdı.

Roma imperiyası yığıldıqdan sonra Saksoniya kralları torpaq və mülkiyyətə danegeld adlandırılan vergi tətbiq etmişdilər. Krallar bundan əlavə gömrük rüsumlarını da tətbiq etmişdilər.

İngiltərə və Fransa arasında baş verən münaqişə və bunun nəticəsində başlanan və yüzillik müharibə adını almış müharibə 1337-ci ildə başlanmış və 1453-cü ildə başa çatmışdı. 1369-cu ildə döyüşlərin yenidən qızışmasını Qara Şahzadə adlandırılan Eduardın yüksək vergilər tətbiq etməsi ilə əlaqələndirirlər.

14-cü əsr boyu vergilər mütərəqqi xarakter daşıyırdı; belə ki, 1377-ci ildə yastıq vergisi adlandırılan vergiyə görə Lankaster hersoqu sadə kəndliyə nisbətdə 520 dəfə çox vergi ödəyirdi.

Erkən vergi sxemlərinə uyğun olaraq gəlir vergisini yalnız varlılar, məmurlar və ruhanilər ödəyirdi. Tacirlərə isə daşınar əmlaka görə vergi tətbiq olunmuşdu. Kasıblar çox az ödəyirdi, çox vaxt isə ümumiyyətlə vergi ödəmirdilər.

I Karlı xəyanətdə günahlandırdılar və edam etdilər. Lakin onun problemi heç də xəyanətlə bağlı olmamışdı. Deyilənə görə o, 1629-cu ildə parlamentə təqdim edilən vergi yığımları ilə bağlı sənəd əsasında ortaya çıxan ziddiyyətlərin qurbanı olmuşdu.

Kral fərmanı fiziki şəxslərin status və vəsaitlərinə uyğun olaraq vergiyə cəlb olunmasını tələb edirdi. O səbəbdən mütərəqi vergilərin tətbiqi ideyası çox erkən ortaya çıxmışdı.

Həmin dövrdə tətbiq edilən digər iri vergilər torpaq vergiləri və müxtəlif aksizlər idi. Oliver Kromvelin komandanlığı altında orduya ödənişlər üçün parlament 1643-cü ildə ilk zərurət mallarına (taxıl, ət və s.) aksiz tətbiq edib. Parlament tərəfindən alınan vergilər, xüsusilə yoxsullardan I Karlın aldığı vergilərdən daha çox vəsait gətirirdi.

Aksiz vergisi çox reqressiv idi, 1647-ci ildə baş verən Smitfeld iğtişaşları yoxsullar üçün vergilərin artırılması səbəbindən baş vermişdi. İğtişaşlar ona görə baş verdi ki, yeni vergilər kənd fəhlələrinin buğda almaq qabiliyyətini o dərəcədə aşağı salmışdı ki, dörd nəfərdən ibarət ailələr ac qalırdı. Aksiz vergisinə əlavə olaraq, kəndli sinifinin ov ovlamaq üçün istifadə edilən ümumi torpaqlarda istifadəsinə də qadağa qoyulmuşdu.

Bu gün bildiyimiz müasir gəlir vergisinin sələfi, Napoleon ilə müharibədə iştiraklarını maliyyələşdirmək üçün 1800-cü ildə ingilislər tərəfindən icad edilmişdir. Vergi 1816-cı ildə ləğv edildi və yalnız müharibələri maliyyələşdirmək üçün istifadə edilməli olduğunu düşünən vergi əleyhdarları bütün vergi qeydlərinin ləğvi ilə birlikdə məhv edilməsini istəyirdilər. Hesabatlar xəzinədarlıq kansleri tərəfindən açıq şəkildə yandırıldı, lakin nüsxələr vergi məhkəməsinin zirzəmisində saxlanıldı.

Məqalənin 1-ci hissəsini bu keçidə daxil olmaqla oxuya bilərsiniz.

TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
vergi tarixi vergi tarixi
Print Friendly, PDF & Email

Leave a Reply

Your email address will not be published. Required fields are marked *