Vergi təqvimi – 1 aprel 2019-cu il

posted in: Vergi, Xəbər | 0
birbank biznes

Vergi təqvimi – 1 aprel 2019-cu il

Gəlir vergisi: Gəlir vergisi üzrə hesabat dövrü təqvim ilidir. Azərbaycan Respublikasında daimi nümayəndəliyi olan, vergiyə cəlb edilən gəliri Azərbaycan mənbəyindən olan və bu gəlirindən ödəmə yerində vergi tutulmayan qeyri-rezidentlər, ödəmə mənbəyində vergiyə cəlb edilməsi nəzərdə tutulmayan (tutulması mümkün olmayan) gəlirləri olan fiziki şəxslər, yaxud Azərbaycan Respublikasının hüdudlarından kənarda gəlir, o cümlədən royaltidən gəlir əldə edən rezident fiziki şəxslər hesabat ilindən sonrakı ilin mart ayının 31-dən gec olmayaraq vergi orqanlarına bəyannamə verir və həmin vaxtadək illik gəlir üzrə son hesablama aparmaqla (cari ödəmələr nəzərə alınmaqla) gəlir vergisini dövlət büdcəsinə ödəyirlər.

Mənfəət vergisi: Mənfəət vergisi üzrə hesabat dövrü təqvim ilidir. Mənfəət vergisinin ödəyicisi hesab edilən rezident müəssisələr, habelə Azərbaycan Respublikasında daimi nümayəndəliyi olan, vergiyə cəlb edilən gəliri Azərbaycan mənbəyindən olan və bu gəlirindən ödəmə yerində vergi tutulmayan qeyri-rezidentlər hesabat ilindən sonrakı ilin mart ayının 31-dən gec olmayaraq son hesablama aparmaqla (cari ödəmələr nəzərə alınmaqla) vergini ödəyir və qeydiyyatda olduqları vergi orqanına bəyannamə təqdim edirlər. Bələdiyyə mülkiyyətində olan müəssisələr mənfəət vergisini yerli büdcəyə (bələdiyyə büdcəsinə), digər müəssisələr isə dövlət büdcəsinə ödəyirlər.

Əmlak vergisi: Müəssisənin əmlak vergisi üçün hesabat dövrü təqvim ili sayılır. Əmlak vergisinin ödəyicisi olan müəssisə əmlak vergisinin illik bəyannaməsini hesabat ilindən sonrakı ilin mart ayının 31-dən gec olmayaraq vergi orqanına verir və vergini həmin müddətədək son hesablama aparmaqla (cari ödəmələr nəzərə alınmaqla) dövlət büdcəsinə ödəyir.

Qeyd: Verginin ödənilmə və bəyannamənin (o cümlədən arayışın) verilmə müddətinin sonuncu günü istirahət və ya bayram gününə düşdüyü halda, növbəti iş gününə keçirilir.

Mənbə: vergiler.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Print Friendly, PDF & Email