Vergi tutulan əməliyyatın ləğvinin rəsmiləşdirilməsi

posted in: Vergi, Xəbər | 0
birbank biznes

Vergi tutulan əməliyyatın ləğviSual: Təsisçi öz vəsaiti hesabına müəssisə üçün 2016-cı ilin dekabr ayında təqribən ƏDV ilə birlikdə 350.000 manat dəyərində metal boru almışdır. Alınmış malın dəyərini 350.000 manatı müəssisənin adından nağd sürətdə birbaşa satıcı müəssisənin xəzinəsinə ödəmişdir. Yaranmış bir neçə məsələlərlə bağlı olaraq alınmış mal bu günə kimi daşınmayaraq satıcı müəssisənin həyətində qalmışdır. Hal-hazırda qarşılıqlı razılaşmaya əsasən biz malı geri qaytarmışıq. Belə olduğu halda malın alınması üçün ödənilmiş vəsait hansı formada geri qaytarılmalıdır? Belə ki, satıcı müəssisə malın əsas məbləğini müəssisənin bank hesabına ƏDV hissəsini isə müəssisənin ƏDV depozit hesabına qaytarmaq istəyir. Xahiş edirəm ətraflı izah edəsiniz fəaliyyəti müvəqqəti dayandırılmış müəssisə üçün pulun bu formada geri alınması qanunvericiliyə zidd deyil ki?

Cavab: Bildiririk ki, “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikası Qanununun müddəalarına uyğun olaraq sorğunuzda qeyd edilən məbləğdə məxaric əməliyyatları nağdsız qaydada aparılmalıdır.

ƏDV qeydiyyatında olan vergi ödəyiciləri tərəfindən ƏDV tutulan əməliyyat tam və ya qismən ləğv edildikdə (mal tam və qismən geri qaytarıldıqda), əməliyyatın xarakteri dəyişdikdə, əməliyyat baş tutmadıqda, qiymətlərin aşağı düşməsi və ya hər hansı digər səbəbdən əməliyyat üçün razılaşdırılmış kompensasiya dəyişdikdə, vergi tutulan dövriyyənin dəqiqləşdirilməsi üçün əsas verən hallar üzə çıxdıqda, ƏDV-rıin geri qaytarılması tələb olunarsa, bu halda ƏDV ödəyicisi malların (işlərin, xidmətlərin) dəyərini öz bank hesabından digər ƏDV ödəyicisinin bank hesabına, depozit hesabına daxil olmuş ƏDV məbləğini isə vəsaiti köçürən ƏDV ödəyicisinin ƏDV depozit hesabına qaytarmalıdır.

Vergi tutulan əməliyyatın ləğvi ilə əlaqədar müvafiq qaydada rəsmiləşdirilməklə geri qaytarılan vəsait fəaliyyətini dayandırmış vergi ödəyicisinin fəaliyyətinin bərpa olunmasına əsas verir.

Bax: “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının 16 dekabr 2016-cı il tarixli 461-VQ nömrəli Qanunu və Nazirlər Kabinetinin 2007-ci il 30 dekabr tarixli 219 nömrəli qərarı ilə təsdiq edilmiş ”Vergi ödəyicisinə verilmiş elektron vergi hesab-fakturası üzrə alınmış malların (iş və xidmətlərin) dəyəri ödənilərkən ƏDV-nin ödənilməsi, ƏDV-nin depozit hesabında uçotun aparılması, ƏDV-nin hərəkəti, bu hesab üzrə aparılan əməliyyatlardan ƏDV-nin əvəzləşdirilməsi və dövlət büdcəsinə köçürülməsi Qaydaları”nın 4.10-cu bəndi.

Mənbə: taxes.gov.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Print Friendly, PDF & Email