Vergi və Sosial Sığorta bəyannamələri birləşdirilir

posted in: Vergi, Xəbər | 0
birbank biznes

Vergilər nazirinin müavinləri,, Vergilər Naziri, Əmək münasibətləri şirkət Nizamnamə kapitalı Vergi ödəyicisi Asan İmza Simkartı daxilolma ödənilməli vergilər vergi sistemi fiziki şəxs vergi öhdəlikləri İşçilərin sayı EDV ƏDV MDSS İşsizlik hesabat vergiler naziri Vergilər naziri vergiler kameral vergi hesabat bəyannamə ödənilməli vergilər İstifadəçi kodu parol fiziki şəxs Vergi müvəkkilləri Hüquqi şəxs sosial daxilolmalar Asan İmza vergi daxilolmaları aksizli mallarAzərbaycan Respublikasının Vergilər Nazirliyi Bəzi hesabat növlərinin birləşdirilməsi barədə Vergi ödəyicilərinə bildiriş və yeni hesabatların doldurulma qaydalarını göndərmişdir, Bildirişdə qeyd edilir ki, Vergi ödəyicilərinin inzibati yükünün, o cümlədən təqdim etdiyi hesabatların sayının azaldılması, vaxtına qənaət edilməsi məqsədilə vergi orqanlarına təqdim edilən muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi bəyannaməsi ilə məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta üzrə hesabat məlumatlarının optimallaşdırılması istiqamətində Vergilər Nazirliyi tərəfindən müvafiq işlərin aparılması nəzərdə tutulmuşdur.

Bununla əlaqədar olaraq, “Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi bəyannaməsi”, “Məcburi dövlət sosial sığortası üzrə rüblük hesabat”, “İşsizlik sığortası üzrə rüblük hesabat” və “İcbari tibbi sığorta haqqı üzrə hesabat” formaları birləşdirilərək yeni vahid “Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsi (hesabatı)”nin forması və “Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsi (hesabatı)”nin tərtib edilməsi Qaydası” təsdiq edilmişdir.

Əlavə olaraq bildiririk ki, qeyd edilən hesabat formaları 1 yanvar 2020-ci il tarixdən qüvvəyə minəcəkdir.

Dəyişikliklər edilmiş hesabat formaları və onların tərtib edilməsi Qaydaları qoşma faylda Sizə təqdim olunur.

Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsi


“Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsinə (hesabatına) Əlavə № 2”nin QAYDASI

“Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsi (hesabatı)”nin tərtib edilməsi Qaydası

“Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsinə (hesabatına) Əlavə № 2”nin (Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi üzrə xarici əməkdaşlar barədə məlumat) Qaydası

“Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsinə (hesabatına) Əlavə №1”in (İşçilər (sığortaolunanlar) barədə məlumat) tərtib edilməsi Qaydası

“Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsinə (hesabatına) Əlavə №3”ün (Sığortaolunanların həyatın yığım sığortası üzrə müqaviləsinə 3 ildən tez müddətdə xitam verildiyi halda sığortaçının təqdim etdiyi məlumat) tərtib edilməsi Qaydası

“Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsinə (hesabatına) Əlavə №3”ün (Sığortaolunanların həyatın yığım sığortası üzrə müqaviləsinə 3 ildən tez müddətdə xitam verildiyi halda sığortaçının təqdim etdiyi məlumat) tərtib edilməsi Qaydası

Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsi (hesabatı)

Print Friendly, PDF & Email