Vergilər barədə maraqlı faktlar

posted in: Məqalə, Vergi, Xəbər | 0
birbank biznes

 

  • 1913-cü ildə ABŞ-ın vergi qanunvericiliyi 200 səhifədən ibarət olub. Hazırda Vergi kodeksi 1 000 səhifədən çoxdur, bütün vergi qanunvericiliyi isə 17 000 səhifədən və ya 260 cilddən ibarətdir.
  • Bütün süveren dövlətlər arasında gəlir vergisi ilə bağlı ən aşağı tariflər Bəhreyn, Bruney, Küveyt və Qətərdədir, hansı ki, gəlirlərdən asılı olmayaraq sıfra bərabərdir. Eləcə də Normand adalarına daxil olan Sark adasının və Tristan-da-Kunya sakinlərindən də vergi tutulmur.
Həmçinin bax: İtaliyada absurd vergilər.
  • Ən yüksək vergilər isə Norveçdədir. 1974-cü ildə bəzi vətəndaşlar hətta vergiyə cəlb edilən gəlirlərinin 100% həcmində vergi ödəmişlər.
  • İndoneziyada hər il ən yüksək gəlir vergisi ödəmiş 200 şirkət və fiziki şəxslərin siyahısı dərc edilir. Onlar fəxri fərmanlarla təltif olunur və həmin fərmanlar onlara ənənəvi olaraq prezident tərəfindən təqdim olunur. Təntənəli təltifetmə mərasiminə iştirak edən sözügedən siyahıdakı şirkətlər və şəxslər eyni zamanda vergi imtiyazları da əldə edirlər.
  • RF dövlət vergi xidmətinin məlumatına görə, bir fiziki şəxs tərəfindən ən yüksək vergi bəyannaməsi 900 milyard (köhnə rublla) rubl və ya 150 milyon dollar təşkil edib. Həmin vergi 1997-ci ildə ödənilib və 1996-cı ildə ödənilmiş rekorddan 1100 dəfə çox olub.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
  • Belçikanın vergi hüququ şəxsi evi gəlir mənbəyi kimi qəbul edir. Əgər, daşınmaz əmlakınız olan mənzil və ya evinizi kiməsə icarəyə verməsiniz belə, vergi ödəməli olacaqsanız. O səbəbdən, belçikalılar malik olduqları əlavə ev və mənzillərə iacarəçi tapa bilmədikdə, vergidən can qurtarmaq üçün həmin əmlakları satmağa məcbur olurlar.
  • “Dostundan” xəbərçilik et və milyoner ol. Türkiyədə bir neçə il əvvəl məhz, vergi ödəməyənləri aşkara çıxarmaq üçün maliyyə nazirliyi belə bir şüar irəli sürmüşdü. Kiminsə vergi ödəmədiyi təsdiqini taparsa, xəbər verən şəxs, vergidən yayındırılan məbləğin 10 faizini ala bilər. Son zamanlar xəbərçilik edənlər xırdaçılıq etmək fikrində deyillər, onlar elə varlı “müştərilərin” izini axtarırlar ki, bundan sonra işləməsələr belə, yaxşı yaşayışları təmin olunsun.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Print Friendly, PDF & Email