» » » Vergilər Naziri mühasiblərə xəbərdarlıq etdi

Vergilər Naziri mühasiblərə xəbərdarlıq etdi

posted in: Vergi, Xəbər | 0

Nazir: “Peşəkar mühasiblər barədə ayrıca danışmaq istəyirəm. Bulanıq su o şəxslərə lazımdır ki, qanunsuz yolla pul qazanmaq istəyir. Vergi hesabatı dolduran mühasib səhv edə bilər, amma saxta məlumat daxil edən mühasib bilməlidir ki, illər keçsə də, o işlərə görə məsul şəxs odur. Nə qədər ki, gec deyil bu işi dayandırın. Yoxsa biz bu işi dayandırmaq üçün fəaliyyətə başlayacağıq”.

Nazir mühasiblərə belə halların qarşısını almaq barədə xəbərdarlıq edərək Vergi Məcəlləsinə dəyişikliklərlə bağlı təkliflər yığdıqlarını da deyib: “Martın 31-nə qədər təkliflərinizi bizə göndərin”.

Bunu Vergilər Nazirliyinin təşkil etdiyi “Vergilər, şəffaflıq, inkişaf” adlı konfransda çıxış edən nazir Mikayıl Cabbarov deyib.

“Vergidən yayınan sahibkarın dükanında qiymətlər digər dükanlara nisbətən aşağı olur. Bu isə qeyri-sağlam rəqabətə şərait yaradır”.

Nazir çıxışında əhaliyə müraciət də edib: “Marketkərdə kassa qəbzinin tələb edilməsi ayıb hesab edilməməlidir. Yəqin ki, evinizin altında olan dükanın satıcısı qonşunuzdur. Ondan aldığınız çörəyə görə “çek” istəsəz onun xətrinə dəyə bilərsiz. Amma fikirləşsəz ki, vergi nəyə xərclənir, onda tələb edərsiz. Vergi torpaqların qorunmasına, məktəblərin tikilməsinə, hər iki valideynlərini itirən gənclərin təhsilinə xərclənir. Belə bir məsəl var: nəyisə dəyişmək istəyirsənsə, ilk növbədə özündən başla. Biz də ilk olaraq vergi orqanlarındakı problemlərin həllinə, şəffaf vergi sisteminin təkmilləşdirilməsinə davam edəcəyik”

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *