Vergilər Naziri vətəndaşları qəbul edəcək

posted in: Vergi, Xəbər | 0
birbank biznes

bildiriş Vergilər forumVergilər naziri Beyləqan rayonunda vətəndaşları qəbul edəcək.

Beyləqan, Ağcabədi, İmişli, Füzuli, Laçın və Xocavənd rayon sakinlərinin nəzərinə!

Vergilər naziri Mikayıl Cabbarov 25 fevral 2019-cu il tarixində Beyləqan rayonunda 8 saylı Ərazi Vergilər İdarəsinin inzibati binasında (Ünvan: Beyləqan şəhəri, SMD-42 qəsəbəsi) Beyləqan, Ağcabədi, İmişli, Füzuli, Laçın və Xocavənd rayon sakinlərini qəbul edəcək.

Qəbula gəlmək istəyən vətəndaşlar 20-23 fevral 2019-cu il tarixlərində Beyləqan rayonunda 8 saylı Ərazi Vergilər İdarəsinə və İmişli rayonunda vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət etməklə, eləcə də Vergilər Nazirliyinin 195-1 Çağrı Mərkəzinə zəng etməklə və ya nazirliyin elektron poçt ünvanına yazmaqla qeydiyyatdan keçə bilərlər.

Qeydiyyatdan keçmiş vətəndaşlardan xahiş olunur ki, qəbula gələrkən aidiyyəti məsələləri dolğun ifadə edən ərizə ilə müraciət etsinlər.

Mənbə: taxes.gov.az

Bax: Vergilər Nazirliyinin təşkilatçılığı ilə beynəlxalq forum keçirilir

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Print Friendly, PDF & Email