Vergilər naziri vətəndaşları qəbul edəcək

posted in: Vergi, Xəbər | 0
birbank biznes

Vergilər naziriVergilər naziri Mikayıl Cabbarov iyulun 13-də, saat 11:00-də Qəbələ şəhərində 10 saylı Ərazi Vergilər İdarəsinin inzibati binasında (Ünvan: Qəbələ şəhəri, İ.Qutqaşınlı küçəsi 1) Qəbələ, İsmayıllı, Oğuz, Zaqatala, Balakən və Qax rayon sakinlərini qəbul edəcək.

Həmçinin bax: Vergilər Nazirliyində CİDDİ kadr dəyişikliyi edildi

Qəbula gəlmək istəyən vətəndaşlar 5-12 iyul tarixlərində Qəbələ şəhərində 10 saylı Ərazi Vergilər İdarəsinə, Zaqatala rayonunda 13 saylı Ərazi Vergilər İdarəsinə, İsmayıllı, Balakən və Qax rayonlarında yerləşən vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət etməklə, eləcə də Vergilər Nazirliyinin 195-1 Çağrı Mərkəzinə zəng etməklə və ya nazirliyin  elektron poçt ünvanına yazmaqla qeydiyyatdan keçə bilərlər.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Qeydiyyatdan keçmiş vətəndaşlardan xahiş olunur ki, qəbula gələrkən aidiyyəti məsələləri dolğun ifadə edən ərizə ilə müraciət etsinlər.

Mənbə: report.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Print Friendly, PDF & Email