Vergilər naziri və müavinləri vətəndaşları qəbul edəcəklər

posted in: Vergi, Xəbər | 0
birbank biznes

Vergilər naziri və müavinləri vətəndaşları qəbul edəcəklər

Depozit Hesabı Məcburi sosial sığorta ƏDV məqsədləri

2019-cu ilin iyun ayı üzrə nazirliklərin və digər dövlət qurumlarının rəhbərlərinin və onların müavinlərinin vətəndaşların qəbulu cədvəli açıqlanıb.
Cədvələ əsasən, Vergilər naziri Mikayıl Cabbarov iyunun 21-də Zaqatalada vətəndaşları qəbul edəcək. Görüşdə Zaqatala ilə yanaşı, Balakən və Qax rayonlarından olan vergi ödəyiciləri də iştirak edəcəklər.
Həmin gün Vergilər nazirinin birinci müavini Sahir Məmmədxanov Ucar şəhərində Ucar, Göyçay, Kürdəmir, Ağdaş və Zərdab rayonlarından olan vətəndaşları qəbul edəcək.
İyunun 14-də Vergilər nazirinin müavini Sahib Ələkbərov İmişli şəhərində İmişli, Ağcabədi, Beyləqan, Xocavənd, Füzuli, Laçın rayonlarından, Vergilər nazirinin müavini Mətin Eynullayev isə Ağsuda Ağsu, Şamaxı, Qobustan rayonlarından olan vətəndaşları qəbul edəcəklər.
Mənbə: vergiler.az

TELEGRAM KANALIMIZA ÜZV OLUN


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Print Friendly, PDF & Email