Vergilər naziri vətəndaşları qəbul edəcək

posted in: Vergi, Xəbər | 0
birbank biznes
Vergilər naziriVergilər naziri Qəbələ rayonunda vətəndaşları qəbul edəcək

Qəbələ, İsmayıllı, Oğuz rayon sakinlərinin nəzərinə!

Vergilər naziri Mikayıl Cabbarov 29 iyun 2018-ci il tarixində saat 11:00-də Qəbələ şəhərində 10 saylı Ərazi Vergilər İdarəsinin inzibati binasında (Ünvan: Qəbələ şəhəri, İ.Qutqaşınlı küçəsi 1) mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2018-ci ilin iyun ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Qəbələ, İsmayıllı və Oğuz rayon sakinlərini qəbul edəcək.

Qəbula gəlmək istəyən vətəndaşlar 25-28 iyun 2018-ci il tarixlərində Qəbələ şəhərində 10 saylı Ərazi Vergilər İdarəsinə, İsmayıllı rayonunda vergi ödəyicilərinə xidmət mərkəzinə müraciət etməklə, eləcə də Vergilər Nazirliyinin 195-1 Çağrı Mərkəzinə zəng etməklə və ya nazirliyin elektron poçt ünvanına yazmaqla qeydiyyatdan keçə bilərlər.

Qeydiyyatdan keçmiş vətəndaşlardan xahiş olunur ki, qəbula gələrkən aidiyyəti məsələləri dolğun ifadə edən ərizə ilə müraciət etsinlər.

Mənbə: taxes.gov.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Print Friendly, PDF & Email