Vergilər nazirinin müavinləri vətəndaşları qəbul edəcəklər

posted in: Vergi, Xəbər | 0
birbank biznes

hüquqi şəxslər, Məcburi dövlət sosial sığorta haqları, Elektron, vergi uçotu, Vergilər Naziri, edv,vergi ödəyicisi, ƏDV qeydiyyatı, büdcə, aylıq vergi, Vergidən yayınma, Cari vergi ödəmələri,Mərkəzi icra hakimiyyəti orqanlarının, digər qurumların rəhbərlərinin və onların müavinlərinin 2019-cu ilin dekabr ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəli açıqlanıb. Siyahıya əsasən, Vergilər nazirinin birinci müavini Sahir Məmmədxanov dekabrın 11-də Tovuzda vətəndaşları qəbul edəcək. Görüşdə həmin rayondan olan vergi ödəyiciləri ilə yanaşı, Şəmkir, Gədəbəy, Qazax və Ağstafa sakinləri də iştirak edə bilərlər.

Dekabrın 13-də isə Vergilər nazirinin müavini Sahib Ələkbərov Astarada vətəndaşlarla görüşəcək. Qəbulda Lənkəran, Lerik, Masallı, Yardımlı, Cəlilabad, Biləsuvar rayonlarının sakinləri öz problemlərini qaldıra biləcəklər.

Vergilər nazirinin müavini Mətin Eynullayev dekabrın 18-də Saatlı şəhərində Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala, Sabirabad rayonlarının sakinlərini qəbul edəcək.

Mənbə: vergiler.az



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
Vergilər,
Print Friendly, PDF & Email