Vergilər nazirinin vətəndaş qəbulunun vaxtı dəyişdirilib

posted in: Vergi, Xəbər | 0
birbank biznes

Vergilər naziriVergilər naziri Mikayıl Cabbarovun may ayının 19-da Şamaxı rayonunda keçirilməsi planlaşdırılan vətəndaşların qəbulu vaxtı dəyişdirilib.

Bu barədə Vergilər Nazirliyindən məlumat verilib.

Məlumata görə, qəbul mayın 30-u saat 11:00-da Şamaxı şəhərində Bakı-Qazax şossesinin 118-ci km-də yerləşən 4 saylı Ərazi Vergilər İdarəsinin inzibati binasında keçiriləcək.

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2018-ci ilin may ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, qəbul Şamaxı, Ağsu və Qobustan rayon sakinləri üçün təşkil ediləcək.

Mənbə: report.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Print Friendly, PDF & Email