Vergilər Nazirliyi analitik baza yaradır

posted in: Vergi, Xəbər | 0
birbank biznes

analitik bazaVergilər Nazirliyi makro və mikro səviyyədə təfərrüatlı analitik baza formalaşdıracaq.

Məlumatda bildirilir ki, vergi sisteminin və vergi qanunvericiliyinin təkmilləşdirilməsinin dərin iqtisadi təhlillərlə və tədqiqatlarla əsaslandırılmasını təmin edən analitik potensialın inkişaf etdirilməsi Vergilər Nazirliyində aparılan struktur islahatların mühüm istiqamətlərindən birini təşkil edir. Bu məqsədlə vergi ödəyicilərinin fəaliyyətinin makro və mikroiqtisadi təhlili ilə məşğul olacaq yeni strukturlar yaradılıb. İqtisadiyyatda gedən proseslərin vergi sistemi ilə qarşılıqlı təsirləri tədqiq olunacaq.

Həmçinin bax: Vergilər nazirliyində Kadr dəyişikliyi – Nazirin Müşaviri vəzifəsindən azad edildi

Vergilər nazirinin müşaviri Xəqani Abdullayevin sözlərinə görə, ən vacib institusional yeniliklərdən biri makro və mikro səviyyədə təfərrüatlı və əhatəli analitik bazanın formalaşdırılmasıdır. İslahatlar çərçivəsində vergi ödəyicilərinin fəaliyyətinin makro və mikroiqtisadi təhlillərinin və araşdırmalarının aparılması sahəsində ixtisaslaşmış strukturların fəaliyyətinin qurulması nəzərdə tutulub.

Vergi siyasətinin strateji xətti hazırda iqtisadi artımın, kiçik və orta sahibkarlığın dəstəklənməsinə, iqtisadiyyatda şəffaflıq səviyyəsinin artırılmasına, bu əsasda vergitutma bazasının genişlənməsinə və vergi yığımının yaxşılaşdırılmasına, habelə vergi mədəniyyətinin gücləndirilməsinə yönəlib.

Bu hədəflərin həyata keçirilməsi bütövlükdə, dövlət büdcəsinə əlavə daxilolmaların təmin olunmasına və onun maliyyə dayanıqlığının daha da artırılmasına, iqtisadiyyatın şaxələndirilməsi məqsədilə özəl sektorda investisiyaların mənbələrinin genişlənməsinə, iqtisadiyyatın şəffaflaşması vasitəsilə iqtisadi subyektlərin bank-maliyyə resurslarına və xidmətlərinə çıxış imkanlarının genişlənməsinə imkan verməlidir.

Həmçinin bax: Vergilər Nazirliyində CİDDİ kadr dəyişikliyi edildi

Bu hədəflərin hər birinin effektiv şəkildə reallaşmasına xidmət edən və iqtisadi inkişaf sahəsindəki strateji çağırşlara uyğun olan əsaslandırılmış vergi siyasəti istiqamətlərinin və qərarlarının formalaşması üçün vergi sistemi üzrə dərin iqtisadi tədqiqatlar və təhlillər aparılmalıdır. “Vergi siyasətində hər hansı qərarı qəbul edərkən bilməliyik ki, onun maliyyə tutumu nədir, məşğulluğa, iqtisadi artıma, vergitutma bazasının genişləndirilməsinə cari və perspektiv təsirləri təsiri necə ola bilər, və yaxud makroiqtisadi proqnozlar çərçivəsində vergitutma bazasının düzgün qiymətləndirilməsi əsasında vergi növlərinin optimal proqnozlaşdırılması da vergi orqanlarının fəaliyyəti üçün mühüm əhəmiyyət kəsb edir ”.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Tədiyə növlərində və vergilərin sahəvi daxilolmalarındakı trendlərin vergi növlərinin iqtisadi bazasında və Ümumi Daxili Məhsulun sahələrində gedən proseslər ilə əlaqələndirilmiş şəkildə təhlil olunması, iqtisadi fəaliyyət sahələrində vergi yükünün və vergi yığımı potensialının dövrü diaqnostikası, vergi siyasətinin iqtisadi artıma dəstəkləyici tədbirlərinin effektivliyinin ölçülməsi vergi siyasətinin təkmilləşdirilməsində olduqca vacib amillərdir.

Təbii ki, bütün bu yüksək intellektual tutumlu işlərin görülməsi üçün müasir analitik yanaşmaların, metodikaların və modellərin tətbiqinə zərurət yaranıb. X.Abdullayevin sözlərinə görə, bu sahədə kompleks işlərin aparılması nəzərdə tutulur.

Mənbə: report.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Print Friendly, PDF & Email