Vergilər Nazirliyinin baş idarələrinin rəisləri məlum olub

posted in: Vergi, Xəbər | 0
birbank biznes

vergilər NKA-dan istifadə departamentlər Vergilər Nazirliyi Vergi nəzarəti işsizlik sığortası MDSS dislokasiya seminar məlumat mübadiləsi xitam əmək haqlar Vergilər Nazirliyi Mühasibat proqramlarıPrezident İlham Əliyevin 24 iyul tarixli sərəncamları ilə Vergilər Nazirliyinin departamentləri əsasında yaradılmış baş idarələrin rəisləri məlum olub.

Mövcud departamentlər əsasında yaradılmış Vergilər Nazirliyinin strukturuna daxil olan baş idarələrin rəhbərləri dəyişməyib.

VN yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin baş direktoru olmuş Xəqani İsgəndərov bu departamentin əsasında yaradılmış Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi rəisi, Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin baş direktoru olmuş Elçin Yusubov bu departament əsasında təşkil olunmuş Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin rəisi, Vergilər Nazirliyi yanında İdxal-ixrac əməliyyatları üzrə nəzarət Departamentinin baş direktoru olmuş Azər Məmmədov bu departament əsasında təşkil olunmuş İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinin rəisi vəzifəsinə təsdiq ediliblər.

VN yanında Milli Gəlirlər Departamentinin baş direktoru vəzifəsini müvəqqəti icra etmiş vergilər nazirinin müşaviri Orxan Nəzərli Milli Gəlirlər Baş İdarəsinin rəisi vəzifəsini də müvəqqəti icra edəcək. Bakı şəhəri Kiçik Sahibkarlıqla İş Departamentinin baş direktoru vəzifəsini müvəqqəti icra etmiş baş direktorun birinci müavini Səbuhi Hüseynov Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarənin rəis müavini vəzifəsinə təsdiqlənib və İdarənin rəisi vəzifəsini müvəqqəti icra edəcək.

Yeni yaradılmış VN yanında Aksizli və Markalanmalı Malların Dövriyyəsinə Nəzarət Baş İdarəsinin adı isə nazirliyin saytında baş idarələr siyahısında yer alsa da, hələ ki, rəisi və idarə ilə əlaqə nömrələri əksini tapmayıb.

Mənbə: apa.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
vergilər
Print Friendly, PDF & Email

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir