Vergilər Nazirliyi Mühasibləri müsabiqə yolu ilə işə dəvət edir

posted in: Vergi, Xəbər | 0
birbank biznes

vəsaitlərin uçotunun aparılmasıVergi orqanlarına birbaşa müsahibə yolu ilə müsabiqənin keçirilməsi haqqında məlumat.

“Dövlət vergi orqanlarına işə qəbul olunmaq üçün namizədlərin müsabiqəsinin keçirilməsi haqqında Əsasnamə”nin 1.7-ci bəndinə əsasən test imatahanında iştirak etmədən birbaşa müsahibə yolu ilə müsabiqənin keçiriləcək. Birbaşa müsahibə yolu ilə müsabiqələrdə iştirak etmək üçün sənəd qəbulu elektron ərizə vasitəsilə 14.01.2019-cu il saat 10:00-dan başlanılacaq il ərzində davamlı olaraq həyata keçiriləcək.

Müsabiqədə iştirak etmək üçün namizdələrə verilən tələblər

  • Baş mühasib vəzifəsində 3 ildən artıq işləmiş şəxslər;
  • Mühasib vəzifəsində 5 ildən artıq işləmiş şəxslər;
  • Vergi orqanlarında əvvəllər 5 ildən artıq audit, bəyannamə və istintaq sahələrində işləmiş xüsusi rütbəli şəxslər;
  • Maliyyə, bank və iqtisadiyyatın digər sahələrində dövlət və ya özəl sektorda 5 ildən yuxarı rəhbər vəzifələrdə iş təcrübəsi olan şəxslər;
  • Hüquq sahəsində (məhkəmə, prokurorluq, vəkillik və s.) 5 ildən artıq iş təcrübəsi olan şəxslər.

Üstünlük verilən namizədlər

  • Elmi dərəcəsi, maliyyə və mühasibatlıq sahəsində fərqləndirici sertifikatlara malik olanlar;
  • Xarici dillərin birini sərbəst bilənlər.

Azərbaycan Respublikasının Yeni Vergi Məcəlləsi

Tələb olunan sənədlər

  • Vergilər Nazirliyinin rəsmi internet saytına (www.taxes.gov.az və www.e-taxes.gov.az) daxil olaraq doldurulan elektron ərizə forması;
  • Sağlamlıq haqqında tibbi arayış;
  • Ali təhsil haqqında diplomun (xaricdə təhsil almış namizədlər üçün təhsil sənədlərinin (diplomların) tanınması (nostrifikasiya) ilə bağlı müvafiq sənədin) surəti;
  • Məhkumluğun olmaması barədə arayışın surəti;
  • Narkoloji dispanserdə qeydiyyatda olmaması barədə arayışın surəti;
  • Əmək kitabçasının surəti;
  • Əlavə bilik və bacarıqları əks etdirən sertifikatların surətləri;
  • Ali təhsil barədə diplomun (diplomların) surəti və Əlavə bilik və bacarıqları əks etdirən sertifikatların surətləri elektron ərizə (CV) formasına əlavə olunur.

Müsabiqədə iştirak haqqında məlumat:

  • Namizədlər internet vasitəsi ilə elektron ərizə formasını doldura bilmədikdə və ya bu zaman hər hansı texniki problem yarandıqda 012-403-81-35 nömrəli telefonla Vergilər Nazirliyinə müraciət edə bilərlər.
  • Elektron ərizəsi qəbul edilmiş namizədlərə müsahibənin keçirilmə vaxtı barədə əvvəlcədən məlumat veriləcək.

Aşağıdakı hallarda vətəndaşlar vergi orqanlarında xidmətə qəbul oluna bilməzlər:

  • məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilənlər;
  • üzərindən məhkumluğu götürülməyənlər və ya ödənilməyənlər;
  • qanunla müəyyən edilmiş müddətli həqiqi hərbi xidmət keçməmiş şəxslər; (qanuni əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olanlar istisna olmaqla)
  • müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilənlər istisna olmaqla, çağırış yaşlı vətəndaşlar;
  • Dövlət vergi orqanları və ya işlədiyi digər qurumlarda əvvəllər yol verdiyi kobud nöqsanlara və ya xidməti fəaliyyətlə bir araya sığmayan hərəkətlərə görə işdən azad edilmiş şəxslər;
  • Yaşı 50-dən yuxarı olan vətəndaşlar.

Mənbə: taxes.gov.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Print Friendly, PDF & Email