Vergilər Nazirliyi uçot-qeydiyyat sistemində yeniliklər tətbiq edəcək

posted in: Vergi, Xəbər | 0
birbank biznes

Vergilər Nazirliyində həyata keçirilən digər struktur dəyişikliyi qeydiyyat sahəsi ilə bağlıdır.

Məlumata görə, sahibkarlıq subyektlərinin dövlət qeydiyyatı prosesi yeni yaradılan Dövlət qeydiyyatı və uçota nəzarət departamentinə həvalə edilib. Departament kommersiya hüquqi şəxslərin və fərdi sahibkarların dövlət qeydiyyatı işinin müasir tələblərə uyğunlaşdırılması, uçot-qeydiyyat məlumat bazalarının təhlili istiqamətində fəaliyyət göstərəcək.

Həmçinin bax: Vergi sistemində korrupsiya elementlərinin qarşısı alınacaq

“Bu gün vergi orqanlarında sahibkarlıq subyektlərinin qeydiyyatı sahəsində “bir pəncərə” sistemi fəaliyyət göstərir. Hüquqi şəxslərin dövlət qeydiyyatı və vergi ödəyicilərinin uçotu sahəsində yüksək şəffaflıq göstəricisi mövcuddur. Bununla yanaşı, dünyada uçot-qeydiyyat sistemində bir çox yeniliklər tətbiq olunmaqdadır ki, Vergilər Nazirliyi bu sahədə mütərəqqi yenilikləri ölkəmizin milli vergi sistemində tətbiq edəcək. Bu gün ən mühüm məsələlərdən biri sahibkarlıq subyektlərinin qeydiyyatdan sonrakı prosesdə uçot baza məlumatların dürüstləşdiriməsi ilə bağlıdır”, deyə məlumatda qeyd olunub.

Print Friendly, PDF & Email