Vergilər Nazirliyində iqtisadçı-ekspertlərlə görüş keçirilib

posted in: Vergi, Xəbər | 0
birbank biznes

görüşNoyabrın 21-də Vergilər Nazirliyində iqtisadçı-ekspertlərlə görüş keçirilib. Görüşün məqsədi cəmiyyətə, o cümlədən vergi ödəyicilərinə məlumatların tam, dəqiq və dolğun çatdırılması, yaranacaq sualların vaxtında və hərtərəfli cavablandırılması, izahat işlərinin düzgün istiqamətdə qurulması üçün kütləvi informasiya vasitələrinin mütəmadi müraicət etdiyi iqtisadçı-ekspertlərin mövzu barədə ərtaflı məlumatlandırılması, onların sual və təkliflərinin dinlənilməsindən ibarət olub.

Bax: Bölüşdürülməmiş mənfəətin xərcə yönləndirilməsi hər hansı vergi öhdəliyi yaradırmı?

Vergilər nazirinin 1-ci müavini Sahir Məmmədxanovun iştirak etdiyi  görüşdə Vergilər Nazirliyi tərəfindən vergi sahəsində aparılan islahatlar, Vergi Məcəlləsinə təklif edilən dəyişikliklərin əsas istiqamətləri müzakirə edilib. Tədbirdə nazirliyin rəhbər vəzifəli şəxslərinin vergi qanunvericiliyinə təklif olunan əlavə və dəyişikliklərlə bağlı təqdimatları dinlənilib, ekspertlərin sualları cavablandırılıb, səsləndirdikləri təkliflər qeydə alınıb.

Mənbə: taxes.gov.az

Bax: Azərbaycanda 25 yerli şirkət ləğv olundu

Mühasibat Uçotu Kursları

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Print Friendly, PDF & Email