Vergilər Nazirliyinə yeni səlahiyyətlər verildi

posted in: Vergi, Xəbər | 0

Nizamnamə kapitalı MMCPrezident İlham Əliyevin mayın 15-də imzaladığı fərmanla Vergilər Nazirliyinə yeni səlahiyyətlər verilib. Bu fərmanla “Alkoqollu içkilər, etil (yeyinti) spirti və tütün məmulatı istehsalının, saxlanmasının, idxalının və satışının tənzimlənməsi haqqında”, “Dərman vasitələri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə”, “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında”, “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Qanunun tətbiqi haqqında” və “Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanununun tətbiqi haqqında” qanunların tətbiq edilməsi barədə fərmanlarda dəyişikliklər edilib.

Qanunvericiliyə əsasən, nəzarət markası ilə markalanmış dini təyinatlı ədəbiyyatın (kağız və elektron daşıyıcılarda), audio və video materialların, mal və məmulatların, eləcə də dini məzmunlu başqa məlumat materiallarının satışı yalnız müvafiq icra hakimiyyəti orqanının razılığı ilə yaradılmış ixtisaslaşdırılmış satış məntəqələri vasitəsilə həyata keçirilir. Yeni fərmanda edilmiş dəyişikliklə müvafiq icra hakimiyyəti orqanı kimi Vergilər Nazirliyi nəzərdə tutulur.

“Dərman vasitələri haqqında” Qanunun tətbiq edilməsi barədə” fərmanda edilən dəyişikliyə əsasən, dərman vasitələrinin keyfiyyəti, effektivliyi və təhlükəsizliyi üzərində dövlət nəzarəti ilə nəzarət markalarını Vergilər Nazirliyi hazırlayacaq. “Alkoqollu içkilər, etil (yeyinti) spirti və tütün məmulatı istehsalının, saxlanmasının, idxalının və satışının tənzimlənməsi haqqında” fərmanda edilən dəyişikliyə əsasən, aksiz markalarının sifarişi, onların satışı və uçotunun aparılması da Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş qaydalara uyğun olaraq, Vergilər Nazirliyinə həvalə edilib.

Qeyd edək ki, əvvəllər bütün bu səlahiyyətlər Maliyyə Nazirliyinə verilmişdi.

Fərmana nəzər yetirə bilərsiniz:

Azərbaycan Respublikası Prezidentinin “Alkoqollu içkilər, etil (yeyinti) spirti və tütün məmulatı istehsalının, saxlanmasının, idxalının və satışının tənzimlənməsi haqqında” 1996-cı il 20 dekabr tarixli 527 nömrəli, “Dərman vasitələri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2007-ci il 6 fevral tarixli 528 nömrəli, “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” 2009-cu il 29 may tarixli 97 nömrəli, “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2015-ci il 6 mart tarixli 1227-IVQD nömrəli Qanununun tətbiqi haqqında” 2015-ci il 3 aprel tarixli 496 nömrəli və “Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2015-ci il 6 mart tarixli 1228-IVQD nömrəli Qanununun tətbiqi haqqında” 2015-ci il 3 aprel tarixli 497 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 29 mart tarixli 454 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Vergilər Nazirliyi haqqında Əsasnamə”də və 2009-cu il 9 fevral tarixli 48 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 20 dekabr tarixli 415 nömrəli Fərmanının icrası ilə əlaqədar qərara alıram:

1. “Alkoqollu içkilər, etil (yeyinti) spirti və tütün məmulatı istehsalının, saxlanmasının, idxalının və satışının tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 1996-cı il 20 dekabr tarixli 527 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 2, maddə 74; 2001, № 10, maddə 640; 2003, № 10, maddə 585; 2009, № 2, maddə 72, № 3, maddə 163; 2010, № 5, maddə 394; 2014, № 5, maddə 477; 2016, № 8, maddə 1384, № 9, maddə 1470, № 11, maddə 1799) 2-ci hissəsinin ikinci abzasında “Maliyyə Nazirliyinə” sözləri “Vergilər Nazirliyinə” sözləri ilə əvəz edilsin.

2. “Dərman vasitələri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 6 fevral tarixli 528 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 2, maddə 94, № 11, maddə 1111; 2009, № 4, maddə 226, № 6, maddə 417; 2014, № 10, maddə 1199; 2015, № 3, maddə 273, № 9, maddə 991; 2016, № 12, maddə 2065; 2017, № 5, maddə 830; 2018, № 10, maddə 2016) 2.5-ci bəndində “Maliyyə Nazirliyi” sözləri “Vergilər Nazirliyi” sözləri ilə əvəz edilsin.

3. “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 29 may tarixli 97 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 5, maddə 329; 2012, № 4, maddə 294; 2013, № 8, maddə 908; 2015, № 9, maddə 987; 2017, № 6, maddə 1097) 2.8-ci bəndində “Maliyyə Nazirliyi” sözləri “Vergilər Nazirliyi” sözləri ilə əvəz edilsin.

4. “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2015-ci il 6 mart tarixli 1227-IVQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 3 aprel tarixli 496 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 4, maddə 375) 3-cü hissəsi ləğv edilsin.

5. “Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2015-ci il 6 mart tarixli 1228-IVQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 3 aprel tarixli 497 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 4, maddə 376) 3-cü hissəsi ləğv edilsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 15 may 2019-cu il.


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Print Friendly, PDF & Email

Leave a Reply

Your email address will not be published. Required fields are marked *