Vergilər Nazirliyinin xətti ilə daxilolmalar üzrə proqnoz 6% artırılır

posted in: Vergi, Xəbər | 0
birbank biznes

Vergilər Nazirliyi2018-ci  ilin dəqiqləşdirilmiş dövlət büdcəsinin gəlirlərinin tərkibində Vergilər Nazirliyinin xətti ilə daxilolmalar 7 mlrd. 380 mln. manat təşkil edəcək ki, bu da 2017-ciilin faktiki icra göstəricisi ilə müqayisədə 406,5 mln. manat və ya 5,8% çoxdur.

Bu, “2018-ci il dövlət büdcəsinə dəyişikliklər edilməsi haqqında” qanun layihəsində öz əksini tapıb.

Həmçinin bax: 2018-ci il üzrə dövlət büdcəsinə yenidən baxılacaq.

Layihəyə əsasən, Vergilər Nazirliyinin xətti ilə qeyri-neft sektoru üzrə dövlət büdcəsinə daxilolmalar 5 mlrd. manat nəzərdə tutulur ki, bu da 2017-ci ilin faktiki icra göstəricisi ilə müqayisədə 189,5 mln. manat və ya 3,7%, 2018-ci ilin təsdiq edilmiş proqnozu ilə müqayisədə 1 mlrd. 27 mln. manat və ya 17% azdır.

Vergilər Nazirliyinin xətti ilə bəzi tədiyyə növləri üzrə gəlirlər aşağıdakı kimi proqnozlaşdırılır:

hüquqi şəxslərin mənfəət vergisi üzrə dəqiqləşdirilmiş proqnoz 2 mlrd. 533 mln. manat olacaq ki, bu da 2018-ci ilin təsdiq edilmiş proqnozuna nisbətən 213 mln. manat və ya 9,2% çoxdur. Nəzərdə tutulan daxilolmaların  1 mlrd. 347 mln. manatı qeyri-neft sektorundan, 1 mlrd. 186 mln. manatı neft sektorundan gözlənilir.

əlavə dəyər vergisi üzrə 1 mlrd. 813 mln. manat daxilolma nəzərdə tutulur ki, bu da 2018-ci ilin təsdiq edilmiş proqnozuna nisbətən 770 mln. manat və ya 29,8% azdır. Nəzərdə tutulan daxilolmaların 1mlrd. 486 mln. manatı qeyri-neft sektorunun, 327 mln. manatı neft sektorunun payına düşür.

dövlət rüsumu üzrə proqnoz 142 mln. manat nəzərədə tutulur ki, bu da 2018-ci ilin təsdiq edilmiş proqnozuna nisbətən 30 mln. manat və ya 26,8% çoxdur. Artımın səbəbi “Dövlət rüsumu haqqında” qanunda dəyişikliklər edilməsi nəticəsində fiziki şəxslər tərəfindən şəxsi istehlak üçün ölkəyə gətirilən mobil cihazların, minik avtomobillərinin özgəninkiləşdirilməsi haqqında müqavilələrin dövlət qeydiyyatına alınmalarına, habelə alkoqollu içkilərə və tütün məmulatlarına tətbiq olunan aksiz markasının verilməsinə görə dövlət rüsumlarının tətbiqindən əlavə vəsaitlərin daxilolmasının nəzərdə tutulmasıdır.

Mənbə: apa.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Print Friendly, PDF & Email