» » » Vergitutma obyekti

Vergitutma obyekti

posted in: Uncategorized | 0

Azərbaycan Respublikasının ərazisində malların, o cümlədən istehsal-texniki təyinatlı malların, görülmüş işlərin və göstərilmiş xidmətlərin satışı üzrə dövriyyələr vergitutma obyektidir.


Hüquqi şəxs tərəfindən istehsal edilmiş və ya kənardan alınmış malların satışı üzrə  dövriyyələr, habelə aşağıdakı dövriyyələr vergitutma obyektləri sayılır;


maliyyələşmə mənbəyindən asılı olmayaraq müəssisə daxilində xərcləri istehsal və tədavül məsrəflərinə aid edilməyən malların (işlərin, xidmətlərin) xüsusi istehlak üçün, habelə öz işçilərinə satışı üzrə dövriyyələr;


dəyəri ödənilmədən malların (işlərin, xidmətlərin) başqa mallar (işlər, xidmətlər) müqabilində satışı (mübadilə əməliyyatları) üzrə dövriyyələr;


malların (işlərin, xidmətlərin) əvəzsiz olaraq və ya dəyəri qismən ödənilməklə  hüquqi və ya fiziki şəxslərə verilməsi və hüquqi şəxsin əvəzsiz maliyyə yardımı şəklində aldığı məbləğlər (büdcə, nazirlik və baş idarədən aldığı mərkəzləşdirilmiş fonddan yetim və kimsəsiz uşaqların, tənha və kimsəsiz qocaların, əlillərin maddi ehtiyaclarının ödənilməsinə habelə idman mədəni-maarif tədbirlərinə, təhsilə, səhiyyəyə (kapital qoyuluşları istisna olmaqla), müvafiq qaydada qeydiyyatdan keçmiş xeyriyyə fondlarına və təşkilatlarına, eləcə də milli birliyin, həmrəyliyin və ənənələrin möhkəmlənməsinə və təbliğinə, ibadətgahların tikintisinə və təmirinə, dini ziyafətlərin təşkilinə ayrılan və öz təyinatı üzrə istifadə edilən maliyyə yardımlarından başqa) üzrə dövriyyələr.


Respublika Nazirlər Kabinetinin müəyyən etdiyi qaydada pərakəndə ticarət və ictimai iaşə, avtomobil nəqliyyatı ilə sərnişin daşınma xidmətləri, avtomobil nəqliyyatı vasitələrinə texniki xidmət, habelə bərbərlik və kosmetika xidmətləri (müalicə və ya cərrahlıq fəaliyyəti ilə bağlı olmayan) göstərən vergi ödəyiciləri üçün bu sahibkarlıq fəaliyyətindən gəlirlərin əldə edilməsinə təsir göstərən amilləri nəzərə almaqla minimum məbləğdə aylıq vergi məbləği müəyyən edilə bilər. Minimum məbləğdə vergi üzrə təqvim ilinin yekununa görə respublika Nazirlər Kabinetinin müəyyən etdiyi qaydada yenidən haqq-hesab aparılır.


Daşınmaz əmlak, elektrik və istilik enerjisi, qaz vergiyə cəlbetmə məqsədilə dövriyyə hesab edilir.


Yerinə yetirilmiş və dəyəri ödənilmiş tikinti-quraşdırma, təmir, təcrübə-konstruksiya, texnoloji işlərin və digər işlərin həcmi də vergiyə cəlbetmə obyekti sayılır.


Aşağıdakı xidmətlərin göstərilməsindən əldə edilən gəlir vergiyə cəlbetmə obyekti sayılır:

  • qazın, neft və neft məhsullarının, elektrik və istilik enerjisinin nəql edilməsi də daxil olmaqla sərnişin və yük daşıma nəqliyyatının xidmətləri, malların yüklənməsi, boşaldılması və saxlanması üzrə xidmətlər;
  • əmlakın icarəyə verilməsi, o cümlədən lizinq üzrə əməliyyatlar;
  • mal göndərilməsi və satılması ilə bağlı olan vasitəçilik xidmətləri;
  • məişət, mənzil-kommunal xidmətləri ilə bağlı olan xidmətlər;
  • sanatoriya-kurort və sağlamlıq, habelə turist-ekskursiya xidmətləri;
  • ticarət müəssisələri tərəfindən hüquqi şəxslərin sifarişlərinin yerinə yetirilməsi üzrə xidmətlər;
  • idarədənkənar mühafizə xidmətləri;
  • kadr hazırlığı və ixtisas artırılması üzrə xidmətlər;
  • reklam xidmətləri;
  • innovasiya (yeni texnikanın, texnologiyanın, elmi tədqiqatların işlənməsinə qoyulan vəsaitlər) xidməti, məlumatların işlənməsi və informasiya təminatı üzrə xidmətlər;
  • respublika ərazisində tranzitlə daşınanmallara görə göstərilən xidmətlər;
  • qanunvericiliklə güzəşt nəzərdə tutulmayan bütün digər xidmətlər;

Leave a Reply

Your email address will not be published. Required fields are marked *