Vergitutma üçün mexaniki nəqliyyat vasitələri nədir?

posted in: Vergi, Xəbər | 0
birbank biznes

Sual: Əmlak vergisi bəyannaməsinin əlavəsində, vergidən azad olunan əmlakın dəyəri haqqında məlumat göstərilməlidir. Həmin əlavənin 512.1 sətri VM – 199.4.3-cü maddəsinə istinadən vergidən azad olunan əmlakın dəyəri göstərilməlidir. 199.4.3-cü maddədə isə “mexaniki nəqliyyat vasitələri” göstərilib. Xahiş edirəm izah edəsiniz “mexaniki” nə deməkdir. Qabaqcadan sizə təşəkkür edirəm.

Cavab: Bildiririk ki, nəqliyyat vasitəsi yolda hərəkət üçün konstruksiya imkanları olan və insan tərəfindən idarə edilən qurğu, habelə onun qoşqusudur (nəqliyyat vasitələri mexaniki və insanın, yaxud heyvanın əzələ enerjisi ilə hərəkətə gətirilən nəqliyyat vasitələrinə bölünür).

Vergi qanunvericiliyinə əsasən mexaniki nəqliyyat vasitələrinin dəyəri əmlak vergisindən azaddır.

Mexaniki nəqliyyat vasitələrinə isə asma mühərrikli velosipedlər və relsli nəqliyyat vasitələri istisna olmaqla, hər hansı özügedən nəqliyyat vasitəsi aiddir (bu anlayış trolleybusları, yəni elektrik naqili ilə birləşdirilmiş relssiz nəqliyyat vasitələrini də əhatə edir. Lakin yollarda adamların və yüklərin daşınması və ya bu məqsədlə istifadə edilən nəqliyyat vasitələrinin yedəyə alınması üçün istifadə edilən və yalnız yardımçı funksiya daşıyan kənd təsərrüfatı traktorları kimi nəqliyyat vasitələrini əhatə etmir).

Cavabın əsaslandırılması: Vergi Məcəlləsinin 199.4.3-cü maddəsi, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının  3 iyul 1998-ci il tarixli 517-İQ nömrəli Qanununun 1-ci maddəsinin 18-ci hissəsi.

Mənbə: taxes.gov.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Print Friendly, PDF & Email