Veysəloğlu Şirkətlər Qrupu 1 il iş təcrübəsi olan Mühasib axtarır

birbank biznes

Veysəloğlu İşəgötürən: Veysəloğlu Şirkətlər Qrupu

Vəzifə: Mühasib (Bakı)

Şirkət haqqında:

1994-cü ildə əsası qoyulmuş Veysəloğlu Şirkəti 2017-ci ildən 12 şirkət və 10.000 nəfərdən artıq əməkdaşla Veysəloğlu Şirkətlər Qrupu olaraq fəaliyyətinə davam edir. Qrupun tabeliyinə Ulduz şokolad fabriki, Veysəloğlu MMC, Araz Supermarket MMC, OBA Retail Chain MMC, Entree, AVT Logistika, AVT Construction, Vesta Horeka, Tru Vega, Veysəloğlu Gürcüstan kimi şirkətlər daxildir. 2018-ci ildə ciddi böyümələr planlayan Veysəloğlu Şirkətlər Qrupu öz karyerasını Şirkətdə qurmaq istəyən namizədləri işə qəbul müsahibələrində iştirak etməyə dəvət edir.

Bax: 700 manat məvaciblə Mühasib köməkçisi tələb olunur

İş təcrübəsi: 1 il

Təhsil: Ali iqtisadi təhsil

İşin Təsviri: Bölgələrdən sənədlərin təhvili, transfer, ləğv etmə, alış, qaytarma və kassa sənədlərinin  kontrolu və sistemə işlənilməsi.

Vəzifə öhdəlikləri:

– Mühasibat hesablarının  müxtəlif sahələri üzrə əməliyyatları (əsas vəsaitlərin, məhsulun satılmasının, təsərrüfat-maliyyə fəaliyyətinin nəticələrinin hesabının aparılması, sifarişçilərin-tədarükçülərin hesabı, eləcə də göstərilən xidmətlərin və s. hesabı) yerinə yetirmək;
– Bölgələrdən sənədlərin təhvili;
– Transfer, ləğv etmə, alış, qaytarma və kassa sənədlərinin  kontrolu və sistemə işlənilməsi.

Bax: 600 manat məvaciblə Bəyannaməçi axtarılır

Tələblər:

– Beynəlxalq Maliyyə Hesabatları Standartları (IFRS) biliyi;
– Vergi uçotu sahəsində biliklər;
– Micro proqram biliyi arzuolunandır.

Əmək haqqı:  Müsahibə əsasında təyin olunur.

Təminatlar:

– İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma;
– Nahar ilə təmin edilmə.

İş qrafiki: 6 günlük

Müraciət qaydaları:  elektron poçt ünvanına mövzu hissədə vəzifə adını – “Mühasib-Bakı” yazıb CV göndərməklə müraciət edilir.

Mənbə: jobsearch.az


Bax: Tələbələr və yeni məzunlar üçün Təcrübə Proqramı

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.  

Print Friendly, PDF & Email