Veysəloğlu Şirkətlər Qrupu Vakansiya elan edir

posted in: Audit, İş elanı, Xəbər | 0
birbank biznes

VakansiyaVakansiya: Daxili Auditor

İşəgötürən: Veysəloğlu Şirkətlər Qrupu 

Şirkət haqqında:

1994-cü ildə əsası qoyulmuş Veysəloğlu Şirkəti 2017-ci ildən 12 şirkət və 10.000 nəfərdən artıq əməkdaşla Veysəloğlu Şirkətlər Qrupu olaraq fəaliyyətinə davam edir. Qrupun tabeliyinə Ulduz şokolad fabriki, Veysəloğlu MMC, Araz Supermarket MMC, OBA Retail Chain MMC, Entree, Sirab, AVT Logistika, AVT Construction, Vesta Horeka, Tru Vega, Veysəloğlu Gürcüstan kimi şirkətlər daxildir. 2018-ci ildə ciddi böyümələr planlayan Veysəloğlu Şirkətlər Qrupu öz karyerasını Şirkətdə qurmaq istəyən namizədləri işə qəbul müsahibələrində iştirak etməyə dəvət edir.

Bax: IDC 2000 LLC “Mühasib” axtarır

Vəzifə: Daxili Auditor

İş yeri: Bakı şəhəri

İş təcrübəsi: Ən azı 2 il mühasibatlıq və ya audit sahəsində iş təcrübəsi

Təhsil: Ali iqtisadi təhsil

Yaş həddi: 24-40

İşin Təsviri:

Risklərin idarəedilməsi, daxili nəzarət mühiti və korporativ idarəetmə proseslərinin müntəzəm qiymətləndirilməsinə dair audit yoxlamalarında iştirak etmək, belə yoxlamalarla həmin proseslərin inkişafına dair tövsiyələr vermək. Şirkətin təlimatları, siyasətləri və prosedur qaydalarının yaradılmasında yardımçı olmaq.

Vəzifə öhdəlikləri:

– Audit planları əsasında audit proqramlarının tərtib edilməsində iştirak;

– Təşkilatın siyasətlərinin, prosedurların, standartların və digər normativ sənədlərin qiymətləndirilməsi;

– Təşkilatda tətbiq olunan qabaqcıl təcrübələrin qiymətləndirilməsinin aparılması;

– Kənar audit proseslərinə dəstəyin göstərilməsi;

– Korporativ idarəetmənin qiymətləndirilməsinə dair testlərin aparılması və tapşırıqların yerinə yetirilməsi;

– Daxili audit yoxlamaları zamanı dələduzluq (fraud) risklərinin qiymətləndirilməsinin aparılması.

Tələblər:

– Distribusiya, pərakəndə, istehsalat və ya tikinti sektorları üzrə audit təcrübəsi;

– İqtisadiyyat, maliyyə, mühasibat uçotu və audit sahəsində bakalavr/magistr təhsili;

– Microsoft Office proqramlarından sərbəst istifadə bacarığı;

– Logo Tiger və Mikro ERP proqramlarından sərbəst istifadə etmək bacarığı arzuolunandır;

– CIA,CRMA sertifakatları üstünlükdür;

– İngilis və rus dili biliyi;

– Daim inkişafa meyillilik;

– Dürüstlük, obyektivlik və təşəbbüskarlıq.

Əmək haqqı: Müsahibə əsasında təyin olunur.

Təminatlar:

– İş yerinə nəqliyyat vasitəsilə çatdırılma;

– Nahar ilə təmin edilmə.

İş qrafiki: 5 günlük

Müraciət qaydaları: elektron poçt ünvanına mövzu hissədə vəzifə adını – “Daxili Auditor” yazıb CV göndərərək müraciət edilir.

Mənbə: jobsearch.az

Həmçinin bax: 


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

 

Print Friendly, PDF & Email