Vizaların rəsmiləşdirilməsi rüsumunda dəqiqləşdirmə aparılacaq

posted in: Xəbər | 0
birbank biznes

Dövlət rüsumuAzərbaycanda çoxdəfəlik giriş vizalarının rəsmiləşdirilməsi üçün tutulan rüsumda dəqiqləşdirmə aparılıb.

Bununla bağlı “Dövlət rüsumu haqqında” qanunda dəyişiklik edilir.

Qanunun 17-ci (Azərbaycan Respublikasında və ya Azərbaycan Respublikasının xarici ölkələrdəki diplomatik nümayəndəliklərində aparılan konsul əməliyyatları üçün dövlət rüsumunun ödənilməsindən azadolmalar və dövlət rüsumunun ödənilməsinin xüsusiyyətləri) maddəsinə əlavə edilən 8-ci bənddə qeyd olunur ki, xarici ölkələrin müvafiq orqanları tərəfindən Azərbaycan vətəndaşlarına münasibətdə çoxdəfəlik giriş vizalarının rəsmiləşdirilməsi üçün tutulan rüsumun məbləği eyni hərəkətlərə görə müəyyən edilən məbləğdən fərqli olduqda, dövlət rüsumunun dərəcəsi müvafiq icra hakimiyyəti orqanının qərarı ilə həmin ölkələrdə Azərbaycan vətəndaşlarına münasibətdə tutulan rüsum səviyyəsində tətbiq olunur.

Layihədə bildirilib ki, çoxdəfəlik giriş vizalarının rəsmiləşdirilməsi üçün dövlət rüsumu 350 ABŞ dolları məbləğində müəyyən edilib.

Miqrasiya Məcəlləsinə görə, çoxdəfəlik viza əsasında giriş-çıxış müddəti 2 ilədək müəyyən edilib. (“ASAN Viza” sistemi vasitəsilə elektron qaydada verilən çoxdəfəlik vizada isə 90 günədək)

Qeyd olunub ki, xarici ölkələrin müvafiq orqanları tərəfindən Azərbaycan vətəndaşlarına münasibətdə çoxdəfəlik giriş vizalarının rəsmiləşdirilməsi üçün tutulan rüsumun məbləği müəyyən edilən məbləğdən (350 ABŞ dolları) fərqli ola bilər. (az və ya çox)

Təklif olunan qanun layihəsinə görə, belə fərq olduqda çoxdəfəlik giriş vizalarının rəsmiləşdirilməsi üçün tutulan rüsumun məbləği həmin ölkələrdə Azərbaycan vətəndaşlarına münasibətdə tətbiq edilən rüsumun səviyyəsində müəyyən ediləcək.

Layihə Azərbaycan vətəndaşlarına fərqli giriş vizaları tətbiq edən ölkələrin fərqləndirilməsinə, eyni zamanda Azərbaycana giriş üçün tətbiq olunan vizaya görə rüsumun həmin ölkədə tətbiq olunan rüsumlarla uzlaşdırılmasına (eyniləşdirilməsinə) xidmət edəcək.

Dəyişiklik layihəsinə Milli Məclisin mayın 17-də keçiriləcək plenar iclasında baxılacaq.

Mənbə: report.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Print Friendly, PDF & Email