Vergi Məcəlləsinin 102.3-cü maddəsinə əsasən, hansı güzəştlər var?

posted in: Vergi, Xəbər | 0
birbank biznes
güzəştBirinci qrup əliləm və himayəmdə az azyaşlı uşaq var. Muzdlu işlə əlaqədar əldə etdiyim aylıq gəlir 500 manatdır. Bu halda mənə hansı vergi güzəştləri tətbiq edilir?

Vergi Məcəlləsinin 102.3-cü maddəsinə əsasən, 1-ci və 2-ci qrup əlillərin (müharibə əlillərindən başqa) hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 200 manat məbləğində azaldılır.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 yanvar 2001-ci il tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş «Əməkhaqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin siyahısı»nın  1.9-cu bəndində qeyd edilmişdir ki, I və II qrup əlillərin (müharibə əlillərindən başqa) güzəşt hüququ Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun şəhər, rayon şöbəsinin arayışı və tibbi-sosial ekspert komissiyasının rəyi və ya arayışı əsasında müəyyənləşdirilir.

Həmçinin bax: Sadələşdirilmiş vergi ləğv ediləcək

Eyni zamanda, Vergi Məcəlləsinin 102.8-ci maddəsinə əsasən, əməkhaqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin bu maddədə sadalanan vergi güzəştləri hüququ müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilmiş sənədlərin təqdim edildiyi andan yaranır və yalnız fiziki şəxsin əsas iş yerində (əmək kitabçasının olduğu yerdə) həyata keçirilir.

Vergi Məcəlləsinin 102.1.6-cı maddəsinə əsasən, fiziki şəxsin əsas iş yerində (əmək kitabçasının olduğu yerdə) hər hansı muzdlu işlə əlaqədar əldə edilən aylıq gəliri 2500 manatadək olduqda, ölkə üzrə yaşayış minimumunun 1 misli (2018-ci il üçün 173 manat), illik gəliri 30.000 manatadək olduqda isə ölkə üzrə yaşayış minimumunun 12 misli məbləğində olan hissəsi gəlir vergisindən azaddır.

Bunlarla yanaşı, Vergi Məcəlləsinin 102.5-ci maddəsinə əsasən, qohumluq dərəcəsindən asılı olmayaraq, himayəsində azı üç nəfər, o cümlədən gündüz təhsil alan 23 yaşınadək şagirdlər və tələbələr olan ər və ya arvaddan birinin vergi tutulmalı olan aylıq gəliri 50 manat məbləğində azaldılır.

Qeyd olunanlara əsasən:

Birinci qrup əlil şəxsin əldə etdiyi 500 manat əməkhaqqından əlilliyə görə 200 manat, himayəsində üç nəfərin olmasına görə 50 manat və 2018-ci il üçün ölkə üzrə yaşayış minimumunun 1 misli, yəni 173 manat çıxılmaqla qalan məbləğdən 14 faiz dərəcəsi ilə gəlir vergisi tutulur.

Samirə Musayeva

Vergilər Nazirliyinin Vergi siyasəti departamentinin baş direktoru

Həmçinin bax: 

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

 

Print Friendly, PDF & Email