VM-nin 58.8.2-ci maddəsi xərcə silinmiş mallara tətbiq edilə bilərmi?

posted in: Vergi, Xəbər | 0
birbank biznes
xərcə silinmiş mallarSual: Səyyar vergi yoxlaması zamanı satılmış malların alışını təsdiq edən müvafiq sənədlər olmadığı üçün vergi ödəyicisinin həmin malların alışı ilə bağlı xərcləri vergi orqanı tərəfindən nəzərə alınmayaraq bəyannamədə həmin xərclər azaldılmışdır. Belə olan halda əlavə olaraq Vergi Məcəlləsinin 58.8.2-ci maddəsi (58.8.2. malların alışını və ya mədaxilini təsdiq edən bu Məcəllənin 58.8-ci maddəsində nəzərdə tutulan sənədlərdən ən azı biri olmadıqda alıcıya təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə alınmış malların 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında) tətbiq edilə bilərmi? Həmçinin qeyd edim ki, həmin mallar satıldığı üçün faktiki olaraq yoxdur və inventarizasiya aparılsa aşkar edilməyəcək.
Malların əskik gəlməsi gəlir və ya xərc öhdəliyi yaradırmı???

Cavab: Bildiririk ki, Vergi Məcəlləsinin 58.8.2-ci maddəsi ilə müəyyən edilmiş maliyyə sanksiyası səyyar vergi yoxlaması və operativ vergi nəzarəti zamanı vergi ödəyicisinin yalnız sahibliyində olan malların alışını təsdiq edən qaimə-faktura və ya elektron qaimə-faktura və ya elektron vergi hesab-faktura, idxal mallarına münasibətdə idxal gömrük bəyannaməsi, həmin mallar vergi ödəyicisinin özü tərəfindən istehsal edildikdə isə Vergi Məcəlləsinin 130.1-1-ci maddəsi ilə müəyyən edilmiş qaydada tərtib edilən sənədlərdən ən azı biri olmadığı halda tətbiq edilir.
Print Friendly, PDF & Email