Vergilər Nazirliyi Vergi qanunvericiliyinə edilməsi nəzərdə tutulan dəyişikliklər barədə bəzi vergi ödəyicilərinə xəbərdarlıq məktubu göndərib

posted in: Vergi, Xəbər | 0
birbank biznes

Vergilər NazirliyiVergi qanunvericiliyine edilməsi nəzərdə tutulan dəyişikliklər barədə

Nəzərinizə çatdırırıq ki, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun layihəsi Milli Məclisdə müzakirə olunaraq qəbul edilmişdir.

Nəzərdə tutulmuş dəyişikliklərə əsasən Vərgi Məcəlləsinə edilməsi nəzərdə tutulan dəyişikliyə əsasən sadələşdirilmiş vergi (vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatdan artıq olan ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər və Vergi Məcəlləsinin 218.4-cü maddəsində göstərilən vergi ödəyiciləri istisna olmaqla) bu verginin ödəyicilərinin malların təqdim edilməsindən, işlərin görülməsindən, xidmətlərin göstərilməsindən əldə ətdiyi vəsaitin məbləğindən (ümumi hasilatının həcmindən) və satışdankənar gəlirlərdən 2 faiz dərəcə ilə hesablanacaqdır.

Digər bir dəyişikliyə əsasən vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərə (əhaliyə) göstərilən xidmətlərdən başqa, xidmətlərin göstərilməsini həyata keçirən şəxslərin (“Sadələşdirilmiş vergi üzrə sabit məbləğin ödənilməsi haqqında qəbz” almaqla fəaliyyət göstərən vergi ödəyiciləri istisna olmaqla) sadələşdirilmiş vergi ödəyicisi olmaq imkanı nəzərdə tutulmamışdır.

Nəzərdə tutulmuş dəyişikliklərdən biri də elektron qaimə-fakturanın təqdim edilməməsinə görə malları (işləri, xidmətləri) təqdim edən şəxsə münasibətdə maliyyə sanksiyasının tətbiq edilməsidir. Belə ki, elektron qaimə-faktura təqdim edilməli olduğu halda malların həmin sənədlər verilmədən təqdim edilməsinə görə malları təqdim edən şəxsə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə təqdim edilmiş malların satış qiymətinin 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq ediləcəkdir.

Bax: Mühasiblər və Maliyyəçilər üçün Excel Kursu!

Həmçinin qeyd edək ki, nağd pul hesablaşmalarının aparılması qaydalarının pozulmasına görə belə hallara birinci dəfə yol verildikdə 1000 manat, ikinci dəfə yol verildikdə 3000 manat, üç və daha çox dəfə yol verildikdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq ediləcəkdir.

Dəyişikliklərə əsasən 2019-cu il yanvarın 1-dən 7 il müddətində neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərində işləyən fiziki şəxslərin muzdlu işdən aylıq gəlirləri 8000 manatadək olduqda 0 faiz, 8000 manatdan yuxarı olduğu halda bu məbləğdən çox olan hissəsindən 14 faiz dərəcəsi ilə ödəmə mənbəyində verginin tutulmasıdır.

Həmçinin qanunvericiliklə müəyyən edilmiş qaydada əmək müqaviləsi bağlamadan və hüquqi qüvvəyə minmədən fiziki şəxslərin əmək münasibətlərinə cəlb edilməsinə görə tətbiq edilən maliyyə sanksiyalarının məbləği artırılaraq, bələ hala birinci dəfə yol verdikdə 2000 manat, ikinci dəfə yol verdikdə 4000 manat, üç və daha çox dəfə yol verdikdə 6000 manat olaraq müəyyənləşdirilmişdir.

Qeyd olunanlar və eləcə də Vergi Məcəlləsinə edilməsi nəzərdə tutulmuş bütün digər dəyişikliklər barədə ətraflı məlumat almaq üçün Azərbaycan Respublikası Milli Məclisinin rəsmi internet səhifəsində yərləşdirilmiş “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi barədə” Qanun layihəsi ilə (http://www.məclis.gov.az/?/az/law/2004/2) tanış ola bilərsiniz.

Vergi qanunvəriciliyi və inzibatçılıgı ilə bağlı məlumat almaq üçün Vergilər Nazirliyinin rəsmi internet səhifəsinə, Çagrı Mərkəzinə (195) və ya istənilən vergi ödəyicilərinə xidmət mərkəzinə müraciət edə bilərsiniz.


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Print Friendly, PDF & Email