Vergilər Nazirliyi əhaliyə göstərdiyi elektron xidmətlərin sayına görə liderdir

posted in: Vergi, Xəbər | 0
birbank biznes

Vergilər NazirliyiVergilər Nazirliyi əhaliyə göstərdiyi elektron xidmətlərin sayına görə mərkəzi icra hakimiyyəti orqanları arasında öndədir.

Nazirliyin Media və Kommunikasiya Mərkəzindən bildirilib ki, nazirlik tərəfindən elektronlaşdırılması mümkün olan 69 xidmət növü müəyyənləşdirilərək “Elektron xidmətlərin siyahısı”na daxil edilib. Bu xidmətlərdən 26-sı Dövlət qeydiyyatı və uçota nəzarət departamenti tərəfindən göstərilən xidmətlərdir.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin elektron dövlət qeydiyyatı 2012-ci ilin fevralından tətbiq edilir. Həmin tarixdən indiyədək 27 mindən çox hüquqi şəxsin və ya ümumi qeydiyyata alınmış hüquqi şəxslərin 52,3 faizinin qeydiyyatı bu üsulla aparılıb. 2017-ci ilin yekunlarına görə isə hüquqi şəxslərin 69,4 faizi elektron qeydiyyatdan keçib.

Mənbə: azertag.az

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

 

Print Friendly, PDF & Email