Bütün mühasibləri maraqlandıran məsələ – Vergilər Nazirliyinin Dividendlə bağlı məktubuna necə cavab yazmalı?

posted in: Xəbər | 0
birbank biznes

DividendBildiyimiz kimi, İyun ayı ərzində bir çox sadələşdirilmiş vergi ödəyicisinə Vergilər Nazirliyi tərəfindən Dividendlə bağlı bildiriş-məktub göndərilmişdir. Bilirik ki, cavab verilməsə rəsmi bəyan edilmiş dövriyyədən sistemdə göstərilən xərclər çıxıldığdan sonra qalan məbləğə 10 % Ödəmə Mənbəyində Vergi hesablanacaqdır. Bu məsələnin hüquqi baxımdan həlli üçün məktuba cavab verilən zaman mütləq nəzərə alınmalı olan bəzi hüquqi məsələləri diqqətinizə çatdırırıq:

Bildiririk ki, sorğunuzla əlaqədar aşağıda göstərilən bir sıra hallar müəyyən edilmişdir.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 13.2.15-ci maddəsinə görə dividend – hüquqi şəxsin öz təsisçilərinin (payçılarının) və yaxud səhmdarlarının xeyrinə xalis mənfəətinin (sadələşdirilmiş vergi ödəyiciləri tərəfindən vergi və xərclər çıxıldıqdan sonra gəlirin) bölüşdürülməsi ilə bağlı pul və ya digər ödəmələr şəklində etdiyi ödənişdir.

Variant 1

Anlayışdan göründüyü kimi hüquqi şəxsin öz təsisçilərinin (payçılarının) xeyrinə xalis mənfəətinin bölüşdürülməsi ilə bağlı pul və ya digər ödəmələr şəklində etdiyi ödəniş dividend sayılsa da, “_____” MMC tərəfindən təsisçilərə (payçılara) xalis mənfəətin bölüşdürülməsi ilə bağlı heç bir ödəniş edilməmiş, yəni dividend verilməmişdir.

Həmçinin bax: Cari il bitməmiş dividend ödəmək olar?

Variant 2

Anlayışdan göründüyü kimi hüquqi şəxsin öz təsisçilərinin (payçılarının) xeyrinə xalis mənfəətinin bölüşdürülməsi ilə bağlı pul və ya digər ödəmələr şəklində etdiyi ödəniş dividend sayılsa da, “_____” MMC tərəfindən xalis mənfəət əldə edilmədiyindən təsisçilərə (payçılara) xalis mənfəətin bölüşdürülməsi ilə bağlı heç bir ödəniş edilməmiş, yəni dividend verilməmişdir.

Variant 3

Anlayışdan göründüyü kimi hüquqi şəxsin öz təsisçilərinin (payçılarının) xeyrinə xalis mənfəətinin bölüşdürülməsi ilə bağlı pul və ya digər ödəmələr şəklində etdiyi ödəniş dividend sayılsa da, “_____” MMC tərəfindən xalis mənfəətin bölüşdürülməsi həyata keçirilmədiyindən təsisçilərə (payçılara) xalis mənfəətin bölüşdürülməsi ilə bağlı heç bir ödəniş edilməmiş, yəni dividend verilməmişdir.

Həmçinin bax: Təsisçiyə müəssisə kassasından verilən pul dividend kimi nəzərə alınır?

Məlum olduğu kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 90-1.1-ci maddəsinə görə məhdud məsuliyyətli cəmiyyətin fəaliyyəti nəticəsində əldə edilmiş xalis mənfəətin iştirakçılar arasında bölüşdürülməsi cəmiyyətin ümumi yığıncağı tərəfindən qəbul edilən qərar əsasında cəmiyyətin nizamnaməsində müəyyən edilmiş qaydada həyata keçirilir.

Həmin Məcəllənin 90-1.2-ci maddəsinə görə isə xalis mənfəət ümumi yığıncağın qərarı qəbul edildikdən sonra bir ay müddətində ödənilməlidir.

Halbuki belə bir qərar qəbul edilməmiş, mənfəətin bölüşdürülməsi həyata keçirilməmiş və qeyd edilən müddətdə ödəniş edilməmişdir.

Bu səbəbdən də tərəfimizdən müvafiq bəyannamənin təqdim edilməsi qeyri-mümkün hesab edilir.

Xahiş edirik nəzərə alasınız.

Müəllif: Şəhriyar Həbilov /  Praktiki Hüquqşünas

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Print Friendly, PDF & Email