Vergilər Nazirliyinin gələn il üçün büdcə proqnozu azaldılıb

posted in: Vergi, Xəbər | 0
birbank biznes

büdcə proqnozu2019-cu ildə dövlət büdcəsi gəlirlərinin 7 316 mln. manatı və yaxud 31,9%-i Vergilər Nazirliyinin xətti ilə daxilolmaların, 1 164,3 mln. manatı və yaxud 49,6%-i Azərbaycan Dövlət Neft Fondundan (ARDNF) transferlərin, 3 451,6 mln. manatı və yaxud 15,1%-i Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə daxilolmaların, 785,6mln. manatı yaxud 3,4%-i isə digər gəlirlərin payına düşəcək.

Bax: Gələn il üçün yaşayış minimumu məlum olub

“Report” bu barədə “2019-ci ilin dövlət və icmal büdcələri üzrə layihəsi”nə istinadən xəbər verir.

Layihəyə görə, Vergilər Nazirliyinin proqnozu ötən ilə nisbətən 64 mln. manat və yaxud 0,9% azdır: Nazirliyin xətti ilə proqnozlaşdırılan daxilolmaların 68,1%-i və ya 4 980 mln. manatı qeyri-neft sektorunun, 31,9%-i, yaxud 2 336 mln. manatı neft sektorunun payına düşür.

Mənbə: report.az

Bax: Azərbaycanda gələn il ÜDM 3,6% artacaq


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.       
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Print Friendly, PDF & Email