Vergilər Naziri vətəndaşları qəbul edəcək

posted in: Vergi, Xəbər | 0
birbank biznes

Vergilər NaziriVergilər naziri Şəmkir rayonunda vətəndaşları qəbul edəcək

Gəncə şəhəri, Şəmkir, Naftalan, Goranboy, Samux, Göygöl, Daşkəsən, Gədəbəy, Tovuz, Ağstafa, Qazax və Kəlbəcər rayon sakinlərinin nəzərinə!

Vergilər naziri Mikayıl Cabbarov 24 sentyabr 2018-ci il tarixində saat 11:00-də Şəmkir şəhərində 14 saylı Ərazi Vergilər İdarəsinin inzibati binasında (Ünvan: Şəmkir şəhəri, H.Əliyev küçəsi 5) mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2018-ci ilin sentyabr ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Gəncə şəhəri, Şəmkir, Naftalan, Goranboy, Samux, Göygöl, Daşkəsən, Gədəbəy, Tovuz, Ağstafa, Qazax və Kəlbəcər rayon sakinlərini qəbul edəcək.

Qəbula gəlmək istəyən vətəndaşlar 18-21 sentyabr 2018-ci il tarixlərində Şəmkir rayonunda 14 saylı Ərazi Vergilər İdarəsinə, Gəncə şəhərində 12 saylı Ərazi Vergilər Departamentinə, Naftalan, Goranboy, Gədəbəy, Tovuz, Ağstafa və Qazax rayonlarında vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət etməklə, eləcə də Vergilər Nazirliyinin 195-1 Çağrı Mərkəzinə zəng etməklə və ya nazirliyin  elektron poçt ünvanına yazmaqla qeydiyyatdan keçə bilərlər.

Qeydiyyatdan keçmiş vətəndaşlardan xahiş olunur ki, qəbula gələrkən aidiyyəti məsələləri dolğun ifadə edən ərizə ilə müraciət etsinlər.

Mənbə: taxes.gov.az


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Print Friendly, PDF & Email