VÖEN-i necə bağlamalı??

posted in: Xəbər | 13
birbank biznes

VÖENSahibkarlıq fəaliyyətinə xitam verildikdə VÖEN əsasında açılan bank hesabı da bağlanmalır.

Azərbaycanda «Elektron hökümət»in qurulması yaşadığı ərazidən və qeydiyyatda olduqları ünvanlardan asılı olmayaraq, hər kəsin dövlət orqanlarının təqdim etdiyi xidmətlərdən bəhrələnməsi üçün geniş imkanlar yaranıb. Sistemin təkmilləşdirilməsi və xidmətlərin əhatə dairəsinin genişləndirilməsi həm də sahibkarların işgüzar fəaliyyətinin artırılmasını stimullaşdıran əsas faktorlardandır.

Vergilər Nazirliyinin elektron qeydiyyat sisteminə xüsusi önəm verməsi də ölkədə sahibkarlıq fəaliyyətinin stimullaşdırılmasına, məmur-vətəndaş münasibətlərində birbaşa təmasların minimuma endirilməsinə xidmət edir. Məhz bunun nəticəsidir ki, respublikanın istənilən regionunda sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər, habelə biznesə yenicə başlamaq istəyənlər, yaxud fəaliyyətini dayandıranlar uçot-qeydiyyat prosedurlarını aidiyyəti dövlət orqanına gəlmədən rəsmiləşdirə bilər. Hazırda Azərbaycanda vergi xidmətlərinin əksəriyyəti məhz elektron formada təqdim edilir ki, bu da sahibkarların işini xeyli asanlaşdırır, vaxt itkisinin və əlavə xərclərin qarşısını alır. Məsələn, bu gün istənilən vətəndaş, hüquqi və fiziki şəxsöz adına elektron formada VÖEN (vergi ödəyicisinin eyniləşdirmə nömrəsi)əldə edə və ya ləğv etdirə bilər.

Fəaliyyətin dayandırılması elektron qaydada bəyan edildikdə istifadəçi Vergilər Nazirliyi tərəfindən verilmiş istifadəçi kodu, parol, şifrə və ya gücləndirilmiş elektron imza vasitəsilə «İnternet vergi idarəsi» Portalının «Onlayn Kargüzarlıq» və «E-VHF» bölməsinə daxil olmalıdır. Bundan sonra «Yeni müraciət» düyməsi sıxılır, «Kimə» siyahısından «Vergilər Nazirliyi», «Müraciətin növü» siyahısından «Ərizə», «Sənədin növü» siyahısından isə «Fiziki şəxsin fəaliyyətinin dayandırılması» seçilir və «Qəbul» düyməsi vulurur. Sonra istifadəçi açılan ekranda ərizə üzrə tələb olunan məlumatları daxil edir. Məlumatların doğruluğuna əmin olunduqda «Qəbul» düyməsi sıxılır, əks halda, imtina etmək üçün «İmtina» düyməsi vurulur.

Təqdim edilən sənəddə sahibkarlıq fəaliyyətinin və ya digər vergi tutulan əməliyyatların dayandırılmasının müddəti göstərilməli, qeyd olunan müddət bitdikdə fəaliyyətin dayandırılması barədə yenidən müraciət edilmədikdə isə müraciətdə göstərilən son tarixdən sonrakı gündən etibarən vergi ödəyicisinin fəaliyyəti aktivləşir.

Bəs, vergi ödəyicisi olan fiziki şəxslər sahibkarlıq fəaliyyətinə xitam verdikdəbu barədə vergi orqanlarını necə məlumatlandırmalıdır. Bu zaman onlar hansı prosedurlardan keçməlidirlər?

Bəri başdan deyək ki, sahibkarlıq fəaliyyətini müvəqqəti və ya həmişəlik dayandıran şəxslər bu barədə vergi orqanlarını məlumatlandırmağa borcludurlar. Fiziki şəxs vergi uçotundan çıxarılması üçün uçota alındığı vergi orqanına ərizə ilə müraciət etməlidir.

Mənbə: vergiler.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Print Friendly, PDF & Email

13 Responses

  1. Vuqar
    |

    Salam.Men taksi xidməti üçün VÖEN almışdım.indi onu onlayin necə bağlaya bilerem.

  2. Murad Zeynalov
    |

    Dukani bagladigima gore voeni baglatdirmaq isteyirem xais edirem baglayin

  3. Niyazi
    |

    Vön baglanmasi

  4. Aqşin
    |

    Vöen bağlatmaq istəyirəm.Çünki fəaliyyət göstərmirəm.İşsizəm

  5. Salman
    |

    Salam men 190manati almaq ucun muraciyyet etmisdim mene bildiris geldiki sizin adiniza olan vöen aktivdi men baqlatmisdim axi bu nece ola biler xahis edirem mene komeklik ederdiz bunun baqlanmasi uc hec harda islemirem

  6. xeyyam
    |

    Voeni min bağlamaq isteyirem

  7. Hesenov Metleb
    |

    Salam

  8. Məmmədov Əvəz Qaraxan oğlu
    |

    Salam mən fəaliyyət göstərmirəm zəhmət olmasa mənim vöenimi bağlayasınız

  9. Anar
    |

    Salam memmedov anar agamahmud oglunun adina olan voen onlayn baglamaq isdeyirem yardimci olmurlar

  10. Sabirabad
    |

    Voenin silinməsi

  11. Ruhi
    |

    Salam

  12. Emin
    |

    Salam men Ismayilov Emin Eyvaz oglu voenimi iwletmirem baglatmaq isteyirem

  13. Bəxtiyar
    |

    Zəhmət olmasa