Fiziki şəxsin vergi orqanlarında uçotdan çıxması və VÖEN-nin bağlanması hansı hallarda baş verə bilər?

posted in: Xəbər | 0
birbank biznes

VÖEN-nin bağlanmasıFiziki şəxsin vergi orqanlarında uçotdan çıxması və VÖEN-nin bağlanması aşağıdakı hallarda baş verə bilər:

  • sahibkarlıq fəaliyyətinə xitam verildikdə;
  • fiziki şəxs itkin düşdükdə (bu fakt məhkəmə tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada təsdiq olunmalıdır);
  • fiziki şəxs vəfat etdikdə (ölüm haqqında şəhadətnamə tələb olunur).

«Fiziki şəxsin vergi uçotundan çıxarılması haqqında ərizə» elektron qaydada, şəxsən və ya səlahiyyətli nümayəndə vasitəsilə göndərilə bilər. Yəni vergi ödəyicisi olan fiziki şəxsin gücləndirilmiş elektron imzası (o cümlədən Asan imzası) olduqda Vergilər Nazirliyinin «İnternet vergi idarəsi» Portalı üzərindən ( https://www.e-taxes.gov.az ) «Fiziki şəxsin vergi uçotundan çıxarılması haqqında ərizə»ni göndərə bilər.

Həmçinin bax: VÖEN-i necə bağlamalı??

Uçotdan çıxarılanadək vergi ödəyicisinin qeydiyyata alınması barədə vergi şəhadətnaməsi vergi orqanından təhvil götürüldüyü halda onun əsli (əgər şəhadətnamə itibsə, bu barədə vergi ödəyicisi və ya onun səlahiyyətli nümayəndəsi vergi orqanını məlumatlandırmalıdır), təqdim edilməmiş bəyannamələr (hesabatlar) vergi orqanına verilməli, dövlət büdcəsinə vergi borcu olduğu halda borcun ödənilməsi təmin edilməlidir. Bu zaman VÖEN əsasında fiziki şəxsin adına açılmış bank hesabının bağlanması da əsas şərtdir.

Fiziki şəxsin sahibkarlıq fəaliyyətini dayandırması və VÖEN-nin bağlanması barədə müraciət daxil olduqda vergi orqanı tərəfindən həmin şəxs üzrə növbədənkənar səyyar vergi yoxlaması da keçirilə bilər. Qeyd edilən hallar aradan qaldırıldıqdan sonra fiziki şəxs vergi uçotundan çıxarılaraq ona «Vergi ödəyicisinin uçotdan çıxarılması haqqında bildiriş» göndərilir və bununla daona verilmiş VÖEN vergi ödəyicilərinin uçot məlumat bazasında ləğv edilmiş kimi arxivləşdirilir.

Kağız daşıyıcıda ərizənin vergi orqanına təqdim edilməsi bilavasitə vergi orqanına gəlməklə və ya poçt vasitəsilə həyata keçirilir. Ərizə formasının doldurulmasındaçətinliklə rastlaşan vergi ödəyicisi özü və ya onun səlahiyyətli nümayəndəsi Vergi ödəyicilərinə xidmət mərkəzlərinə yaxınlaşa bilər. Vergi orqanlarında qeydiyyat prosedurları və vergi öhdəlikləri barədə ətraflı məlumatı  https://www.e-taxes.gov.az  internet səhifəsinin «Sahibkarın vergi bələdçisi» bölməsindən və ya Vergilər Nazirliyinin «195-1» Çağrı Mərkəzindən də əldə etmək olar.

Mənbə: vergiler.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Print Friendly, PDF & Email