Almaniyanın ən nəhəng şirkətlərindən biri iflas ərəfəsindədir

posted in: Xəbər | 0

Almaniyanın ən nəhəng şirkətlərindən biri iflas ərəfəsindədir

Reuters agentliyinin verdiyi məlumata görə, ölkənin ən nəhəng şirkətləri sırasına daxil olan və DAX birja indeksində yüksək mövqeyə malik olan Wirecard alman ödəniş sistemi, iflas ərəfəsində olduğunu bəyan edib. Korporasiya müflis olması ilə bağlı iddia qaldırıb.

Buna Wirecard balansında son vaxtlar aşkar edilmiş uyğunsuzluq səbəb olub. Şirkətin hesablarında 1,9 milyard avro çatışmazlıq var. Vəziyyəti artıq “qara dəlik” adlandırıblar. Bu hadisədə Wirecard şirkətinin rəhbəri Markus Braun ittiham olunur.

Ona qarşı şirkətin investorlar üçün cəlbediciliyini artırmaq naminə hesabatlarda səhv məlumatlar yerləşdirdiyinə görə ittiham irəli sürülüb. Çatışmazlıqlar Ernst &Young şirkətinin auditorları tərəfindən hər il keçirilən yoxlama zamanı aşkara çıxarılıb.

Braun hüquq-mühafizə orqanları tərəfindən nəzarətə alınmışdı. Lakin daha sonra beş milyon avro girov müqabilində sərbəst buraxılıb. Top-menecerin özü artıq istefa verib.

Wirecard son vaxtlara qədər Avropanın maliyyə texnologiyaları sahəsində ən böyük şirkətlərindən biri idi. Şirkət DAX alman indeksində yerləşdirilən ən nəhəng korporasiyalar sırasına daxil idi.

Qalmaqal fonunda Wirecard şirkətinin kapitallaşması 10 dəfə aşağı enib – yəni, 24 milyard avrodan 2,4 milyarda düşüb. Qiymətli kağızların alqı-satqısı zamanı qiymətlərin kəskin aşağı düşməsi səbəbindən Frankfurt fond birjasının işi bir neçə dəfə dayandırılıb.


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Leave a Reply

Your email address will not be published. Required fields are marked *