Xarab olmuş malların silinməsindən hansı halda vergi öhdəliyi yaranır?

posted in: Vergi, Xəbər | 1
birbank biznes

malSual: Anbarda olan mal qalığından xarab olmuş malların silinməsindən sonra vergi öhdəliyi yaranırmı? Yaranırsa hansılardır?

Cavab: Bildiririk ki, sorğunuzda qeyd edilən halda vergi ödəyicisi ərzaq mallarını ƏDV-ni ödəməklə əldə etmişdirsə və müvafiq əvəzləşdirmə almışdırsa və ya almaq hüququ olmuşdursa fövqəladə hallardan başqa belə malların xarab olması ƏDV-nin məqsədləri üçün vergi tutulan əməliyyat sayılır və malların alışı zamanı ödənilmiş ƏDV məbləği dövlət büdcəsinə hesablanır. Yararsız ərzaq mallarının uçotdan silinməsi gəlirin əldə edilməsi ilə bağlı olmadığına görə həmin malların dəyəri mənfəət (gəlir) vergisinin ödəyicisi tərəfindən gəlirdən çıxılmır. Sadələşdirilmiş vergi ödəyicisi üçün vergitutma obyektini hesabat dövrü ərzində vergi ödəyicisi tərəfindən təqdim edilmiş mallara görə əldə edilmiş ümumi hasilat, habelə satışdankənar gəlirlərin (ödəmə mənbəyində vergi tutulmuş gəlirlər istisna edilməklə) həcmi təşkil etdiyindən, yararsız mallarının uçotdan silinməsi zamanı sadələşdirilmiş vergi hesablanmır.

Bax: Vergi Məcəlləsinin 108-ci, 130-cu 159.5-ci, 161.3-cü və 218.4.3-cü maddələri

Mənbə: taxes.gov.az

Həmçinin bax:

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Print Friendly, PDF & Email

  1. Exmal Namazov
    |

    Salam

    Biz elave deyer vergisinin odeyicisiyik
    İdxal etdiyimiz mallardan satisa yararsiz malarin silinmesini edv -nin hesabatinda 301.1.3 xanasinda daxil olmus mebleg kimi gosteririk.
    Malin deyerini menfeet vergisinde 0 faizle gosterib,satilmis mallari maya deyerinde gosteririk.
    bu duzgundur yoxsa yox
    Evvelceden tesekkurumuzu bildiririk
    Mail: