Rusiyanın xarici bank hesabı olan vətəndaşları gəlirlərini itirə bilərlər

posted in: Xəbər | 0

kiçik biznes, vergi bəyannaməsi,rusiyada maaş,mühasiblər,Avrasiya İqtisadi İttifaqına üzv olmayan və ya Rusiya ilə vergilərə dair informasiya mübadiləsi aparmayan ölkələrdə bank hesabı olan vətəndaşlar həmin hesablara daxil olan pul vəsaitlərinin 75 faizindən məhrum edilə bilər. Burada, söhbət səhm dividendlərindən, eləcə də Türkiyə, ABŞ, Böyük Britaniya, Tailand kimi ölkələrdəki daşınmaz əmlakın icarəyə verilməsindən əldə olunan gəlirlərdən gedir. (xarici bank hesabı)

Əgər vətəndaşların bank hesabları Rusiya ilə aralarında vergi informasiyalarının avtomatik mübadilə edildiyi Avrasiya İqtisadi İttifaqına üzv ölkələrə keçirilməsə, həmin vəsaitlərə cərimə qoyulacaq.

Bu vəziyyət valyutaların tənzimlənməsi və ona nəzarət haqqında qanun layihəsində edilən düzəlişlərlə bağlı yaranıb. Rusiyanın vergi sahəsində informasiya mübadiləsi apardığı ölkələrin siyahısı Federal Vergi Xidmətinin əmrində göstərilib. Həmin sənədə əsaslanan vergi ödəyiciləri məsuliyyətə cəlb edilməkdən ehtiyatlanırlar.

Mənbə: vergiler.az



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
(xarici bank hesabı)
Print Friendly, PDF & Email

Leave a Reply

Your email address will not be published. Required fields are marked *