Xarici investisiyalı MMC-lərdə elektron qeydiyyat sistemi olacaq

posted in: Xəbər | 0
birbank biznes

elektron qeydiyyatQanunvericiliyə edilmiş dəyişikliklərə görə, yaxın gələcəkdə xarici investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin (MMC) də elektron qeydiyyat sistemi tətbiq olunacaq.

Bu fikirləri Vergilər Nazirliyinin Dövlət qeydiyyatı və uçota nəzarət departamentinin baş direktoru Ələkbər Məmmədov bildirib.

Departament rəsmisinin sözlərinə görə, bunun üçün əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin internet informasiya ehtiyatında yerləşdirilmiş elektron ərizə formasını dolduraraq gücləndirilmiş elektron imzası ilə təsdiq etməklə qeydiyyat orqanına müraciət etməsi nəzərdə tutulur.

Həmçinin bax: Gömrük rəsmiləşdirilməsi zamanı saxta sənədlərin təqdim olunması halları müşahidə edilir.

Müraciət zamanı təsisçi fəaliyyət sahəsi barədə məlumatı bəyan etməli, özünün daxil etdiyi məlumatlara əsasən proqram təminatı tərəfindən hazırlanmış nizamnamə ilə real vaxt rejimində tanış olmalı və onu gücləndirilmiş elektron imza ilə təsdiq etməlidir. Həmçinin xarici investisiyalı məhdud məsuliyyətli cəmiyyətin Azərbaycan Respublikasında hüquqi ünvanını təsdiq edən sənəd Azərbaycan dilinə tərcümə edilmiş nüsxəsi ilə birlikdə skan edilərək ərizəyə əlavə olunur.

Ə.Məmmədov qeyd edib ki, xarici investisiyalı məhdud məsuliyyətli cəmiyyət dövlət qeydiyyatına alındığı gün dövlət qeydiyyatı haqqında şəhadətnamə, dövlət reyestrindən çıxarış və nizamnamə onun elektron ünvanına göndəriləcək. Artıq bu istiqamətdə işlər yekun mərhələyə qədəm qoyub.

Mənbə: azertag.az

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

 

Print Friendly, PDF & Email