Xarici investisiyalı şirkətlərin sayı keçən illə müqayisədə 1,9 dəfə artıb

posted in: Xəbər | 0
birbank biznes

Xarici investisiyalı şirkət2020-ci il martın 1-dək Azərbaycanda dövlət qeydiyyatından 15 min 059 xarici investisiyalı kommersiya hüquqi şəxs keçib. Bunlardan 9 min 953-nün fəaliyyəti aktiv, 4 min 307-nin fəaliyyəti dayandırılıb, 799-u isə ləğv edilib. (Xarici investisiyalı şirkət)

Vergilər Nazirliyinin məlumatına görə, 2019-cu ilin eyni dövrü ilə müqayisədə ilk 2 ayda fəaliyyəti aktiv olan xarici investisiyalı kommersiya qurumlarının sayı 1,5 dəfə çox olub. Onların 77 faizi məhdud məsuliyyətli cəmiyyət, 19 faizi xarici hüquqi şəxslərin Azərbaycan Respublikasındakı nümayəndəliyi və ya filialı, 0,8 faizi səhmdar cəmiyyət, 0,2 faizi kooperativ və 2,8 faizi isə digər təşkilati hüquqi formalarda olub.

2020-ci ilin fevral ayında 328 xarici investisiyalı kommersiya hüquqi şəxs dövlət qeydiyyatından keçib. Bu, 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 1,9 dəfə çoxdur. 2020-ci ilin fevral ayında qeydiyyata alınan 328 xarici investisiyalı kommersiya qurumunun 326-nın fəaliyyəti aktiv olub, 2-nin fəaliyyəti dayandırılıb. Fevral ayı ərzində xarici investisiyalı kommersiya hüquqi şəxs ləğv edilməyib.

2020-ci ilin fevral ayında dövlət qeydiyyatına alınmış hüquqi şəxslərin 34,1 faizi Pakistan, 22 faizi İran, 9,4 faizi Türkiyə, 12,2 faizi Hindistan, 1,8 faizi Şri-Lanka investisiyalı hüquqi şəxslərdir.

2020-ci ilin fevral ayında qeydiyyatdan keçmiş aktiv xarici investisiyalı kommersiya qurumlarının sayı 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 2,3 dəfə çox olub. 2020-ci ilin fevral ayında qeydiyyatdan keçmiş fəaliyyətini dayandırmış xarici investisiyalı kommersiya qurumlarının sayı 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 16,5 dəfə azalıb.

2020-ci ilin fevral ayında dövlət qeydiyyatından keçmiş (328) xarici investisiyalı kommersiya hüquqi şəxslərin 64,3 faizi xidmət, 19,5 faizi ticarət, 5,1 faizi sənaye, 2,7 faizi tikinti, 1,8 faizi kənd təsərrüfatı, 0,6 faizi nəqliyyat, 0,6 faizi rabitə, 2,7 faizi digər sahədə fəaliyyət göstərirlər.

Mənbə: vergiler.az


Bax: 


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
Xarici investisiyalı şirkət
Print Friendly, PDF & Email