Xidmət sahəsinə aid müəssisələrdə mövcud ehtiyatlar

posted in: Xəbər | 0
birbank biznes

Memarlıq, mühasibatlıq və vəkillik kimi xidmət sahələrində fəaliyyət göstərən müəssisələr hər hansı aktivlərini maddi aktivlər formasında saxlamamağa çalışırlar.  Digər xidmət sahələrinə aid müəssisələr isə kiçik məbləğdə olsa da maddi aktivlərə (məsələn, diş həkimləri antiseptiklər, ağrıkəsici dərmanlar və sair kimi preparatlar) sahib ola bilərlər. Həmçinin, xidmət sahəsinə aid müəssisələrdə özlərinin hazırladığı və adətən bitməmiş istehsalat formasında çıxış edən ehtiyatlar da ola bilər.

Xidmət sahəsinə aid müəssisə tərəfində ehtiyatlar formasında (məsələn, diş həkiminin materialları) saxlanılan maddi aktivlər “EHTİYATLAR ÜZRƏ” KOMMERSİYA TƏŞKİLATLARI ÜÇÜN 8 №-li MİLLİ MÜHASİBAT UÇOTU STANDARTININ 10-cu maddəsinə uyğun olaraq qiymətləndirilməlidirlər, yəni ilkin dəyər ilə xalis satış dəyəri müqayisə edilərək, bu dəyərlərdən daha az olan dəyərlə.

Hazırkı standartın 20-ci maddəsinə uyğun olaraq, xidmət sahəsində fəaliyyət göstərən müəssisələr sahib olduğu ehtiyatların dəyərini onlara çəkilən xərclər əsasında ölçürlər. Bu xərclərə işə nəzarət edən personala çəkilən məsrəflər və müvafiq qaimə xərcləri daxil olmaqla, xidmətlərin göstərilməsində birbaşa rolu olan işçi heyətinin əmək haqqları və digər birbaşa xərclər daxildir. Bu yanaşma ehtiyatların qiymətləndirilməsində əvvəllər istifadə edilən “normal” yanaşmaya oxşardır və satış xərcləri ilə inzibati xərclər ehtiyatların ilkin dəyərinə daxil edilmir, əksinə yarandığı dövrün xərci kimi tanınır.


Print Friendly, PDF & Email